Müəllif: Tamara Mustafayeva, Banco.az
Braziliya yanacağın qiymətləri ilə bağlı vergi güzəştlərini bir ay uzadıb.
Banco.az xəbər verir ki, Braziliya hökuməti dünya bazarında neft qiymətlərinin yüksəlməsinin istehlakçılara təsirini azaltmaq məqsədilə yanacağın qiymətlərinə dəstək tədbirlərinin müddətini bir ay uzadıb və yeni güzəştlər də açıqlayıb.
Cümə günü elan edilən qərar bu ay keçiriləcək prezident seçkilərinin ikinci turu ərəfəsində ölkə Prezidenti Luis İnasio Lula da Silvanın bahalaşmanın yaratdığı təzyiqləri azaltmaq üçün atdığı addımların bir hissəsi kimi qiymətləndirilib.
Yeni benzin haqqında fərmana əsasən, PIS/COFINS və CIDE vergilərindən yaranan vergi yükü hər litr üçün 0,89 real (0,18 dollar) azaldılacaq. Beləliklə, benzinə tətbiq edilən federal vergilər faktiki olaraq sıfırlanacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!
