Braziliya hakimiyyəti Maskın şirkətlərinin hesabından xəzinəyə 3,3 milyon dollar köçürüb | Banco.az

Braziliya hakimiyyəti Maskın şirkətlərinin hesabından xəzinəyə 3,3 milyon dollar köçürüb

Müəllif:Ayşən İmanova/Banco.az

Braziliyanın Federal Ali Məhkəməsi amerikalı iş adamı İlon Maska məxsus “X Brasil” və “Starlink Holding”in hesablarında əvvəllər bloklanmış 18,35 milyon real (3,3 milyon dollardan çox) məbləğin Latın Amerikası ölkəsinin dövlət xəzinəsinə köçürülməsi barədə qərar çıxarıb.

Banco.az xəbər verir ki, bu barədə məhkəmənin saytında yerləşdirilən məlumatda deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edildiyi kimi, “Banco Citibank” və “Ita Unibanco” artıq məhkəmənin göstərişlərinə əməl etdiklərini və “Banco do Brasil”ə (Braziliya Mərkəzi Bankı) köçürmələr etdiklərini bildiriblər.

Belə ki, xəzinə bloklanmış “X Brasil” hesabından 7,3 milyon real, “Starlink Brazil Servicos de Internet Ltda” hesabından isə 11 milyon realdan çox vəsait əldə edib. Braziliya hakimiyyət orqanları məhkəmənin qərarı ilə bağlı şirkətləri xəbərdar etdiklərini və onlardan heç bir apellyasiya şikayəti almadıqlarını bildiriblər.

Ən sərfəli krediti almaq üçün müraciət et