Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-iyun aylarında BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə və materiallara çəkdiyi bilavasitə (subpodratçı) xərcləri 718,5 mln. ABŞ dolları təşkil edib.
Banco.az “BP Azərbaycan”a istinadən xəbər verir ki, bu, illik müqayisədə 9,9% çoxdur.
Məlumata görə, 6 aylıq dövrdə BP-nin kiçik və orta müəssisələr üzrə xərcləri 167,8 mln. dollar, dövlət şirkətləri üzrə xərcləri 22,3 mln. dollar, yerli tərəfdaşı olan birgə müəssisələr üzrə xərcləri 356 mln. dollar, olub. Şirkət xarici podratçıların ölkə daxilində məsrəflərinə isə 172,4 mln. dollar xərcləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!