“BP” Çinin bioyanacaq istehsalçısının 15%-ni 49 milyon dollara alacaq | Banco.az

“BP” Çinin bioyanacaq istehsalçısının 15%-ni 49 milyon dollara alacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Böyük Britaniyanın neft və qaz şirkəti “BP” “Lianyungang Jiaao Enproenergy” şirkətində 354 milyon yuana (49,6 milyon dollar) 15% pay alır.

Banco.az xəbər verir ki, bu barədə Britaniya şirkətinin Çin bölməsi məlumat yayıb.

Qeyd edək ki, “Lianyungang Jiaao Enproenergy” bioyanacaq istehsal edən və satan “Zhejiang Jiaao Enprotech Stock”un törəmə şirkətidir və bu seqmentdə Çinin ən böyük şirkətlərindən biridir.

Ən sərfəli kredit üçün müraciət et

“Lianyungang Jiaao Enproenergy”nin 2025-ci ilin birinci rübündə dayanıqlı aviasiya yanacağı (SAF) zavodunun tikintisini başa çatdıracağı gözlənilir. Bildirilir ki, onun gücü ildə 500 min ton olacaq. Yanacaq işlənmiş yemək və heyvan yağından hazırlanacaq.

Müqavilə Çin Xalq Respublikasının tənzimləyici orqanları tərəfindən təsdiqlənməlidir.

Ən sərfəli krediti almaq üçün müraciət et