Böyük Britaniyanın enerji şirkətləri təbii qazın bahalaşmasıyla müflisləşir | Banco.az

Böyük Britaniyanın enerji şirkətləri təbii qazın bahalaşmasıyla müflisləşir

Bu ay Böyük Britaniyada daha 5 enerji şirkəti müflis olaraq fəaliyyətini dayandırıb.

Məlumata görə, yaxın vaxtlarda bu ölkədə daha 4 enerji şirkətinin müflisləşəcəyi gözlənilir. Şirkətlərin bağlanmasına səbəb kimi Avropada təbii qazın bahalaşması göstərilir. Belə ki, qitə ölkələrində "mavi yanacağ"ın pərakəndə qiyməti ilin əvvəlindən 3,5 dəfə, son 1 ayda isə 70 % artıb. Nəticədə kiçik şirkətlər müştərilərini təmin edə bilmir və onları itirir.

Analitiklər hesab edir ki, bu ilin sonuna qədər Böyük Britaniyada cəmi 10 enerji şirkəti qalacaq. Halbuki, 2021-ci ilin əvvəlində ölkədə 70 enerji şirkəti olub.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et