Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyada maaş artımı son 6 ayın ən yüksək səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, özəl sektorun maaş artımı iqtisadçıların gözləntilərini üstələyib və bu vəziyyətin İngiltərə Mərkəzi Bankının faiz dərəcələri ilə bağlı qərarına təsir edə biləcəyi qeyd edilir.
Əmək bazarı ilə bağlı məlumatlar İngiltərə Mərkəzi Bankının faiz endirimi qərarından əvvəl yayımlanıb və investorlar davam edən inflyasiya təzyiqlərinə baxmayaraq, fevral ayında faiz endirimi ehtimalını 85 faiz dərəcəsində qiymətləndiriblər.
İngiltərədə maaş artımı İngiltərə Mərkəzi Bankının gələn ay faiz dərəcələrini daha da azaldıb-azaltmayacağı ilə bağlı investorları narahat vəziyyətdə saxlayaraq, altı aylıq zirvəyə çatb.
Milli Statistika İdarəsi çərşənbə axşamı bildirib ki, noyabr ayına qədər olan üç aylıq dövrdə bonuslar istisna olmaqla, maaşlar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz, əvvəlki ayla müqayisədə isə 5,2 faiz artıb. İqtisadçılar isə aylıq artımın 5,5 faiz səviyyəsində olacağını gözləyirdilər.
Bizi sosial şəbəkələrdən izləyin!!