Böyük Britaniyada işsizlik 48 ilin ən aşağı səviyyəsinə çatıb | Banco.az

Böyük Britaniyada işsizlik 48 ilin ən aşağı səviyyəsinə çatıb

Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada işsizlik 3,6%-dən 3,5%-ə geriləyib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Böyük Britaniya Statistika İdarəsinin məlumatına görə, avqustda başa çatan üç ay ərzində işsizlik nisbəti 3,5 faizə düşüb. Bu, 1974-cü ildən bəri qeydə alınan ən aşağı səviyyədir. İqtisadçılar isə işsizlik nisbətində dəyişiklik gözləmirdilər.

Avqust ayında işsiz əhalinin sayı 97 min nəfər azalıb. İşsizlik səviyyəsinin aşağı düşməsi rekord sayda insanın əmək bazarını tərk etməsi ilə bağlı olub.

Orta qazanc 5,4 faiz artıb. İşini tərk edib iş axtarmayanların sayı isə 252 min nəfər artıb ki, bu da 1971-ci ildən bəri ən yüksək artımdır.

Xatırladaq ki, İngiltərə Mərkəzi Bankı yüksək inflyasiya səbəbindən sentyabr ayından etibarən faiz dərəcələrini 7 dəfə artırıb. Valyuta bazarları noyabr iclasında 100 baza bəndi aqressiv faiz artımı gözləyirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et