Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyada illik inflyasiyanın artım sürəti ötən ay gözləniləndən az zəifləyib.
Banco.az xəbər verir ki, İngiltərə Mərkəzi Bankından faiz endirimi siqnallarının gəldiyi bir vaxtda elan olunan inflyasiya göstəriciləri sürpriz yaradıb.
Rəsmi məlumatlara görə, martda ölkədə illik inflyasiya 3,2 faiz təşkil edib. “Bloomberg” sorğusunda iştirak edən iqtisadçılar illik inflyasiyanın 3,1 faiz olacağını gözləyirdilər.
Xatırladaq ki, fevralda illik inflyasiya 3,4 faiz təşkil edib.
Mart ayında aylıq inflyasiya isə fevral ayı ilə eyni səviyyədə qalmaqla 0,6 faiz təşkil edib. İqtisadçıların proqnozlarına uyğun olaraq aylıq inflyasiya 0,4 faiz təyin olunurdu.
Sözügedən dövrdə ölkədə illik baza inflyasiyası isə 4,2 faiz təşkil edib. Fevralda illik baza inflyasiyası 4,5 faiz idi.
Bizi sosial şəbəkələrdən izləyin!!