Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyada inflyasiya ötən iki ilin ən aşağı səviyyəsinə düşüb.
Banco.az xəbər verir ki, benzin və ərzaq qiymətləri Böyük Britaniyada inflyasiyanın noyabr ayında ötən iki ilin ən aşağı səviyyəsinə düşməsinə gətirib çıxarıb ki, bu da Milad bayramı ərəfəsində ev təsərrüfatları üzərindəki təzyiqi bir qədər azaldıb.
Məlumatlar göstərir ki, noyabrda ölkədə istehlak qiymətləri əvvəlki ilə nisbətən 3,9 faiz artıb.
“Bloomberg” nəşrinin sorğusunda iştirak edən iqtisadçılar artımın 4,3 faiz olacağını gözləyirdilər. Oktyabrda ölkədə illik inflyasiya 4,6 faiz olaraq qeydə alınmışdı.
Qeyd edək ki, Böyük Britaniyada yaşayış dəyəri böhranının ən böyük səbəblərindən biri olan ərzaq qiymətləri inflyasiyası 2022-ci ilin iyun ayından bəri ilk dəfə birrəqəmli həddə düşüb.
İngiltərə Bankının (BOE) (mərkəzi bank) sədri Endryu Beyli mərkəzi bankın yüksək faiz dərəcəsini daha uzun müddət davam etdirəcəyinə dair fikirlərinə baxmayaraq, investorlar 2024-cü ildə beş dəfə 25 baza bəndi faiz endirimi gözləyirlər.
Xatırladaq ki, hazırda İngiltərədə inflyasiya BOE-nin 2 faizlik hədəfindən təxminən iki dəfə yüksəkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!