Müəllif - Aida İsaq, Banco.az
Böyük Britaniyada ÜDM üzrə 2023-cü ilin yanvarında 0,3% artım qeydə alınıb.
Banco.az xəbər verir ki, məlumata görə, son üç ayda Böyük Britaniya iqtisadiyyatı sıfır dinamika nümayiş etdirib. Yanvarda xidmət sektorunda 2022-ci ilin dekabrındakı 0,8% azalma ilə müqayisədə 0,5% artım qeydə alınıb. Ölkədə təhsil, xidmət, nəqliyyat, incəsənət, əyləncə, istirahət sahələrində irliləyişlər müşahidə olunub. Analitiklər istehsalın zəifləməsi və tikinti sektorunda azalmanı müvafiq olaraq 0,3% və 1,7% qiymətləndirib.
Qeyd edək ki, yanvarda Amerikanın investisiya bankı “J.P.Morgan”ın ekspertləri 2023-cü ildə Böyük Britaniyada ÜDM-in 0,3% əvəzinə, 0,1% səviyyəsində azalacağını proqnozlaşdırmışdı. Beləliklə, bank Böyük Britaniya iqtisadiyyatı üçün tənəzzül proqnozunu yaxşılaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!