Böyük avtomobil istehsalçıları ucuz elektrik avtomobilləri hazırlamaqdan imtina etdilər | Banco.az

Böyük avtomobil istehsalçıları ucuz elektrik avtomobilləri hazırlamaqdan imtina etdilər

Müəllif:Mehin Qasımova/Banco.az

İri avtomobil istehsalçıları "Hond" və "General Motors" (GM) ucuz elektrik avtomobillərinin birgə hazırlanmasından imtina ediblər.

Banco.az  Reuters agentliyinə  istinadən xəbər verir ki, şirkətlər “geniş araşdırma və təhlildən sonra” qarşılıqlı qərara gəliblər.

Belə ki, şirkətlər 2022-ci ilin aprelində bir sıra ucuz elektrik avtomobillərinin birgə hazırlanması barədə razılığa gəliblər. Onlar Tesla ilə rəqabət aparacaq avtomobillərin yaradılmasına beş milyard dollar xərcləməyi planlaşdırırdılar. 2027-ci ilə qədər avtomobil istehsalçıları milyonlarla münasib kompakt krossover istehsal etməyi planlaşdırırdılar.

Lakin "GM" ABŞ-da əmək tətilləri fonunda gəlirliliyi qorumaq üçün bir neçə elektrik avtomobil modelinin buraxılışını ləngitmək qərarına gəlib. Son bir ayda etirazlara görə şirkətin xərcləri həftədə 200 milyon dollara yüksəlib.

Qeyd edək ki, sentyabrın 15-də ABŞ-da avtomobil işçilərinin "General Motors", "Ford Motor" və "Stellantis" şirkətlərinə qarşı etirazları başlayıb. Həmkarlar ittifaqı üzvləri əmək haqlarının artırılması, əmək haqqı cədvəlinə yenidən baxılması, pensiyaçılar üçün tibbi yardımların bərpası, ödənişli məzuniyyətlərin artırılması və işdən çıxarılan işçilərin hüquqlarının genişləndirilməsinin tərəfdarıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et