Boris Jalilo ilə “Yeni korporativ müştərilərə bank məhsullarının aktiv satışı” təlimi | Banco.az

Boris Jalilo ilə “Yeni korporativ müştərilərə bank məhsullarının aktiv satışı” təlimi

2014-cü ilin 18 iyul tarixində Bakıda, "Hyatt Park" otelində Rusiya və MDB ölkələrində satış üzrə ən yaxşı təlimçilərdən biri hesab olunan Boris Jalilo tərəfindən “Yeni korporativ müştərilərə bank məhsullarının aktiv satışımövzusunda treninq keçiriləcək.

Təlimin üstünlükləri:

- Azərbaycanda ilk dəfədir ki, bank sahəsində satışın təşkili ilə bağlı keçirilən treninq olması

- Əldə olunan məlumatların sadəliyi, praktikliyi və tətbiq oluna bilməsi

- Bank sahəsində müştəri narazılığının aradan qaldırılması üçün tətbiq olunan unikal metodlar

- "Yeni korporativ müştərilərə bank xidmətlərinin satışı" məsələsinə sistemli yanaşma

- Aktiv satışa və peşəkar inkişafa nail olmaq istiqamətində stimullaşdırıcı təkanın verilməsi

Banklar yeni korporativ müştərilərin cəlb edilməsi zamanı hansı çətinliklərlə üzləşməli olurlar?

Aktiv şəkildə müştəri axtarmaq - çoxsaylı zəng, görüş və danışıqların mövcudluğu deməkdir. Bu zaman ayrı-ayrı menecerlərdən "mükəmməl ünsiyyət bacarığı" deyil, bir çox zəhmətkeş əməkdaşlara şirkət rəhbərlərinin, maliyyə və kommersiya direktorlarının, baş mühasiblərin spesifik etirazlarının (stereotiplər) düzgün şəkildə öhdəsindən gəlmək imkanı verən yüksək peşəkarlıq səviyyəsi tələb olunur: Məsələn,

- Biz "XXX" bankı ilə işləyirik və fikrimizi dəyişmək niyyətində deyilik.

- Kim zəmanət verə bilər ki, sizin bank iflasa uğramayacaq?

- "XXX" bankında faiz dərəcələri aşağıdır.

- Sizin bankomatlarınızın sayı azdır (əlavə ofislərinizin sayı azdır).

- Əgər sizə ehtiyac olsa, biz özümüz sizinlə əlaqə saxlayacağıq.

Təlimin proqramı

“Yeni korporativ müştərilərə bank məhsullarının aktiv satışı”

Təlim korporativ müştərilər üzrə departament rəhbərləri, satış üzrə daxili təlimçilər, korporativ müştərilərlə iş üzrə menecerlər (10:00-19:00) üçün nəzərdə tutulub.

1) Aktiv satışlar üzrə uğur prinsipləri. Bank məhsullarının satışının xüsusiyyətləri;

2) Müştəri tipləri, onların tanınması və istifadəsi. Geniş yayılmış səhvlərin aradan qaldırılması;

3) Təklifin arqumentasiyası. Arqumentlərdən ibarət kataloq. Müştərinin xüsusiyyətlərinin nəzərə alınması ilə arqumentasiyanın tətbiqi;

4) İlkin maneənin (katibə, digər əməkdaş, diqqətin olmaması, aqressivlik) aradan qaldırılması üsulları;

5) Müştərinin etirazları və onların meydana gəlmə səbəbləri. Etirazlardan ibarət kataloq. Etirazların 7 növü. Müştərinin xüsusiyyətlərinin nəzərə alınması ilə etirazların müəyyənləşdirilməsi;

6) Etirazların aradan qaldırılması konsepsiyası - diqqətin düzgün şəkildə idarə olunması;

7) Etirazlara veriləcək cavablar: universal cavabların texnikası, etirazlara veriləcək cavabların kataloqu, hədəf qrupların, müştəri tiplərinin və müştərilərin motivasiya xüsusiyyətlərinin nəzərə alınması ilə etirazlara veriləcək cavabların fərqləndirilməsi;

8) Özünə inam mövzusunda təlim: Özünə inamı artıracaq çoxsaylı tapşırıqlar, müştərinin inamı, etirazların aradan qaldırılması;

9) Müştərilərlə iş üzrə menecerin sonrakı inkişafının təşkili. Təlimin yekunlaşdırılması;

Təlimdə iş forması - komanda şəklində intensiv iş, rollu və işgüzar oyunlar, metaforik vəzifələr, beyin hücumu, panel müzakirələr, moderasiya. Fəal və provokativ tapşırıqlara yer verilməsi nəzərdə tutulur.

Təlimin aparıcısı

Boris Jalilo

Boris Jalilo - məşhur sistem təlimçi-məsləhətçidir, «Business Solutions İnternational» beynəlxalq təlim-kolsaltinq qrupunun rəhbəri və ortağıdır. 
Şirkətlərdə biznesin inkişaf etdirilməsi və sistemləşdirilməsi, satış sistemlərinin yaradılması, marketinq strategiyalarının və sistemlərinin işlənib hazırlanması sahəsində təcrübəyə malikdir. Bundan əlavə, o, rəhbərlər və sahibkarlar üçün treninqlər və fərdi təlimlərin keçirilməsi mövzusunda da ixtisaslaşıb. 

Qeyd edək ki, treninqlər kəskin rəqabətin hakim olduğu, insanların yeni ideyaları qəbul etmək istəmədiyi, mürəkkəb müştərilərin yer aldığı, satış və gəlir həcminin kifayət qədər aşağı olduğu bir mühitlə tanış olan şəxslər üçün xüsusilə əhəmiyyətli olacaq.

Təlimlər qısa müddət ərzində maksimum nəticə əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulub.

Təlimdə iştirakın qiyməti: 

Əməkdaşların sayı

1 nəfər üçün nəzərdə tutulmuş qiymət (AZN)

BONUS

1 – 3

490

--------------

4 – 5

490

+ 1 nəfər PULSUZ

6 - 7

490

+ 2 nəfər PULSUZ

8 - 10

490

+ 3 nəfər PULSUZ

Ən sərfəli kredit üçün müraciət et

Cədvəldə qeyd olunan qiymətlərə vergilər, nahar, informasiya materialları və 2 qəhvə fasiləsi daxildir.

Təlimdə iştirak etmək istəyən şirkət əməkdaşları "Treninqdə iştirak üçün qeydiyyat forması"nda adlarını qeyd etməli və həmin formanı "[email protected]" ünvanına göndərməlidirlər.

Treninq barədə daha ətraflı məlumatı aşağıda qeyd olunan əlaqə nömrələri vasitəsilə əldə edə bilərsiniz:

(012) 437 58 50, (050) 244 40 58, (070) 290 00 46

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et