Borcumuzu ödəməsək nə baş verəcək? | Banco.az

Borcumuzu ödəməsək nə baş verəcək?

Bu yazıda aşağıdakı suallara cavab tapmağa çalışacağıq:

♣  Qanunvericilik nələri borc kimi tanıyır?

♣  Borcları ödəməməyin hüquqi nəticəsi nə ola bilər?

Qanunvericilik nələri borc kimi tanıyır?

İlk növbədə onu nəzərə almaq lazımdır ki, əgər siz kiməsə borc verirsinizsə, deməli borc müqaviləsinin tərəfi olursunuz. Hətta siz yazılı müqavilə bağlamadan belə borc müqaviləsinin tərəfi hesab oluna bilərsiniz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə tələbinə əsasən, borc müqaviləsinin məbləği 3000 manatdan çoxdursa, və ya tərəflərdən biri və ya hamısı hüquqi şəxsdirsə (şirkət) yalnız bu zaman borc müqaviləsi yazılı imzalanmalıdır. Yəni, müqavilənin bütün tərəfləri fiziki şəxsdirsə və müqavilənin məbləği 3000 manatdan aşağıdırsa, siz həmin müqaviləni yazılı formada imzalamaya bilərsiniz. Belə müqavilə şifahi müqavilə adlanır. Lakin nəzərə alın ki, məhkəmə mübahisəsi yarandığı zaman şifahi müqavilənin olmasını və onun şərtlərini sübut etmək daha çətindir.

Borc müqaviləsinin predmetinə gəldikdə isə, bu cür predmet həm pul, həm də müxtəlif əşyalar ola bilər. Əgər borc müqaviləsinin predmeti puldursa, bu zaman həmin müqavilə kredit müqaviləsi adlanır. Yəni, kredit müqaviləsi borc müqaviləsinin bir növüdür.

Borcları ödəməməyin hüquqi nəticəsi nə ola bilər?

Həm şifahi müqavilə, həm də yazılı müqaviləyə əsasən hüquqlarınızın pozulduğunu düşünürsünüzsə, bu zaman məhkəməyə iddia ərizəsi yazaraq müraciət edə bilərsiniz. Əgər borc alan pulu qaytarmırsa, bu zaman məhkəmə borcalanı müxtəlif yollarla pulu qaytarmağa məcbur edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Əgər borcalanın pulu yoxdursa, bu zaman məhkəmə borcalanın mülkiyyətində olan əmlakı satışa çıxara bilər. Bununla bağlı məhkəmə müvafiq dövlət orqanlarına, o cümlədən adında əmlakın olub-olmamasına dair daşınmaz əmlakın dövlət reyestr xidmətinə sorğular göndərə bilər. Maşının olub-olmaması öyrənilir, bank hesabları araşdırılır.

Daşınmaz əmlak olduqda məhkəmə qərarı ilə icra mərhələsində üzərinə həbs qoyulur və hərracda satılır. Pulu isə iddiaçıya verilməlidir. Əmlak satışa çıxarılmadan əvvəl icraçıya təklif olunur. İddiaçı, yəni borc verən təklifi qəbul etsə, əmlak satılmır, özünə qalır.

Borc alanın heç nəyi yoxdursa, məhkəmə qərarına əsasən, cinayət məsuliyyətinə cəlb oluna bilər.

finkorp.com

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et