ABB maliyyə vəziyyətini açıqladı: Xalis mənfəəti artıb | Banco.az

ABB maliyyə vəziyyətini açıqladı: Xalis mənfəəti artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin aktivlərinin həcminə görə ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) 2025-ci ilin 9 ayında (yanvar-sentyabr) 261 milyon 323 min manat xalis mənfəətlə başa vurub. 

Banco.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ABB-nin xalis mənfəəti illik müqayisədə 26 milyon 238 min manat və ya 11,2% artıb.

Hesabat dövründə ABB-nin aktivləri 13 milyard 324 milyon 522 min manata bərabər olub.

Bankın kredit porfeli isə 6 milyard 802 milyon 550 min manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə 451 milyon 749 min manat və ya 7,1% çoxdur.

Qeyd edək ki, ABB-nin depozit porfeli sentyabr ayının sonuna 8,6 milyard manat olub. Bunun da 3 milyard 146 milyon 955 min manatı fiziki şəxslərin depozitləri, 5 milyard 480 milyon 92 min manatı isə hüquqi şəxslərin depozitləri olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram