Böhran startaplara necə təsir göstərəcək – ARAŞDIRMA | Banco.az

Böhran startaplara necə təsir göstərəcək – ARAŞDIRMA

“Startup Genome” şirkəti böhranın qlobal startap bazarına təsiri ilə bağlı geniş miqyaslı araşdırma aparıb. Aydın olub ki, startapların 16%-ində gəlirlər artıq 80% və daha çox azalıb.

Tədqiqatın nəticələrinə əsasən, yaxın üç ayda cari gəlirlər və xərclər fonunda yeni investisiyalar cəlb edə bilmədikləri təqdirdə startapların 41%-i yox olacaqdır.

Həmçinin oxu: Dünyadakı bütün “unicorn startup” şirkətləri hesablandı – Çin ABŞ-dan üstündür

Artıq böhranın əvvəlindən startapların dörddə biri işçilərinin 60%-dən çoxunu ixtisar edib. Ümumilikdə dünyadakı 1070 respondentin 74%-i kadr ixtisarlarının olduğunu bildirib. Bu şirkətlərin əksəriyyəti Şimali Amerikada, bir qismi isə Avropa və Asiyada yerləşir.

Startaplar artıq neçə işçini ixtisara salıb

Gənc şirkətlərin dörddə üçünün gəlirlərində azalma müşahidə olunur, 16%-də isə 80% və daha çox aşağı düşüb. Hər on şirkətdən biri xərcləri 60% və ya daha çox ixtisar edib. Bununla belə, böhran şəraitində şirkətlərin sayı artmaqda davam edir. Son aylarda startapların dörddə birinin gəlirləri artıb, hətta respondentlərin 12%-nin gəlirləri 10% və daha çox yüksəlib. B2C sferasında belə şirkətlər daha çoxdur.

Böhranın başlanğıcından bəri startapların gəlirləri necə dəyişib

Startap işçilərinin yarıdan çoxu hələ hökumət tərəfindən yardım göstərilmədiyini, yalnız 46%-i isə böhran dəstəyi verildiyini qeyd edib. Ancaq kömək edilməyənlərin əksəriyyəti gələcəkdə də heç bir yardım gözləmədiyini bildirib. Startapların təsisçiləri və rəhbərlərinin fikrincə, ən təsirli dəstək tədbirləri dövriyyə kapitalının artırılması və işçilərə əmək haqqı verilməsi üçün qrantlar, eləcə də investisiyalara dəstək vasitələri olacaqdır.

Həmçinin oxu: Koronavirus şirkətlərin maliyyə nəticələrinə nə dərəcədə təsir göstərir?

Nigar Umaxanlı, Banco.az