Böhran niyə belə sürətlə yayılır? | Banco.az

Böhran niyə belə sürətlə yayılır?

Bəzi ölkələrin hökumətləri bank sektorundakı problemlərdən dolayı çıxılmaz vəziyyətə düşürlər. Çünki, əksər hallarda çətinliyi olan banklar kömək üçün onlara müraciət edirlər. Çoxsaylı  ölkələrdə hökumət özü iqtisadi disbalansın inkşafına göz yumur. Ümumiyyətlə isə, böhran hər bir ölkənin  iqtisadi idarəetmə sistemində müəyyən çatışmazlıqlara səbəb olur. Bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər böhranın yayılmasındakı səbəbləri aşağıdakılarla əlaqələndirirlər:

  • Defisitlər üzərində həddən çox fokuslanmaq

Ölkələrin ictimai maliyyə monitorinqi illik büdcə kəsrləri üzərində daha çox dayanır, hərçənd ki, dövlət borclarının səviyyəsi daha vacib məsələdir. Lakin bəzi ölkələr də var ki, bu tip məsələlərdə AB-nin təklif etdiyi qaydalara ciddi əməl edirlər, büdcə kəsrləri demək olar ki, onlarda nadir hal hesab olunur, daima profitlə irəliləyirlər. Lakin buna baxmayaraq, həmin ölkələr də dünya maliyyə böhranında iqtisadi çətinliklərdən tam qoruna bilmirlər. Mütəxəssislər burada əsas səbəb kimi xarici borcların miqdarını göstərirlər. Ona görə də, bu göstərici üzrə ciddi monitorinq tələb olunur.

  • Rəqabət və makroiqtisadi disbalansa nəzarətin kifayət qədər olmaması

Böhran zamanı ağır itkilərə səbəb olacaq məsələlərdən biri də rəqabətin davamlı inkşafına və kredit faizlərinin artmasına lazımi nəzarətin göstərilməməsidir. Bu da özlüyündə özəl sektorun borclarının yığılmasına, maliyyə instutlarında geriləməyə və mənzil bazarında qiymətlərin şişirdilməsinə səbəb olur.

Ən sərfəli kredit üçün müraciət et

  • Zəif müdaxilə və ya icra

Avronun əsas valyuta növü olduğu regionlar, hansı ki, qaydalara riayət etmirlər, onlarda bu proses çox zəif cərəyan edir. Halbuki, daha möhkəm və etibarlı sanksiya mexanizminə ehtiyac var.

  • Cəld qərar-qəbuletmə potensialının olmaması

Maliyyə institutları makroiqtisadi inkşafla bağlı vacib qərarların qəbul və icrasını tez-tez yubadır. Bu da onlarıan zəifliyindən xəbər verir. Bu da ümumilikdə regionun iqtiadi inkşafı üçün qeyri-kafi hal hesab olununur.

  • Fövqəladə maliyyələşdirilmə

Böhranın bir addımlığında olanda, çətinlik çəkən əksər ölkələrə dərhal maliyyə yardımı etmək üçün mexanizm işlək vəziyyətdə olmur. Maliyyə dəstəyinə yalnız ölkə üçün səciyyəvi problemləri həll etmək üçün deyil, həm də riskin digər ölkələrə yayılmasının qarşısını almaq, yəni “təhlükəsizlik divarı” ("firewall") təmin etmək üçün ehtiyac var.

Ən sərfəli krediti almaq üçün müraciət et