"BMW" və Bill Qeyts eyni şirkətə yatırım etdi | Banco.az

"BMW" və Bill Qeyts eyni şirkətə yatırım etdi

Tamara Mustafayeva, Banco.az

ABŞ-da elektromobillər üçün batareya istehsalı ilə məşğul olacaq yeni yaradılmış bir şirkətə "BMW" və Bill Qeyts yatırım edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Alman avtomobil nəhəngi "BMW" və Bill Qeytsin sahib olduğu "Breakthrough Energy" şirkəti elektromobillər üçün batareya istehsal edəcək "Our Next Energy" (ONE) adlı şirkətə sərmayə yatırıblar. Ümumilikdə 25 milyon dollar investisiya qəbul edən şirkətin ilk hədəfinin elektrik avtomobillərinin yeganə batareya ilə 1200 kilometr yol qət etməsi olduğu açıqlanıb.

Bill Qeytsin iqlim dəyişikliyinin qarşısının alınması məqsədilə həyata keçirilən təşəbbüsləri dəstəkləmək və maliyyələşdirmək üçün yaratdığı "Breakthrough Energy" və Alman avtomobil istehsalçısı "BMW"nin də aralarında olduğu investor şirkətlərə həmçinin "Assembly Ventures" və "Volta Energy Technologies" də daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et