“Blockchain wallet” hesabına coinlərin köçürülməsinə vergi necə və neçə faizlə tutulur? | Banco.az

“Blockchain wallet” hesabına coinlərin köçürülməsinə vergi necə və neçə faizlə tutulur?

“Blockchain wallet” hesabına coinlərin köçürülməsinə vergi necə və neçə faizlə tutulur?

Bu suala Vergilər Nazirliyinin rəsmi saytında cavab verilib.

Banco.az xəbər verir ki, Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10%-i miqdarında ödəmə mənbəyində vergi tutur.

Həmçinin, rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlir hesab olunduğundan, rezident vergi ödəyicisi tərəfindən elektron pul vəsaitləri ilə aparılan əməliyyatlardan əldə edilən gəliri sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunmaqla gəlir vergisinin vergitutma obyektini təşkil edir və belə gəliri əldə edən fiziki şəxs vergi orqanında gəlir vergisinin ödəyicisi kimi vergi uçotuna duraraq gəlirini bəyan etməklə müvafiq qaydada üzərinə düşən vergi öhdəliklərini yerinə yetirməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, vergi uçotuna alınma prosedurları və sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirin vergiyə cəlb olunması barədə ətraflı məlumatı Vergilər Nazirliyinin saytının “Sahibkarın vergi bələdçisi” bölməsindən əldə edə bilərsiniz.

Mənbə: BBN.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç