Blockchain limitləri | Banco.az

Blockchain limitləri

Hər bir texnoloji inqilab özündə bəzi problemləri birləşdirir. Əlbəttə, Blockchain də qüsursuz deyil.

Qarışıqlıq

Blockchain texnologiyası yeni bir ədəbiyyat yaratdı. Ancaq kriptoqrafiyanı dəb halına gətirsə də, sənayenin özünəməxsus bir jarqonu vardır.

Bu kəlmələri başa düşmək üçün istifadə edə biləcəyimiz lüğətlər hazırlanır.

Blockchain necə işləyir?

Şəbəkə genişliyi

Blockchain texnologiyaları – bütün digər paylanmış şəbəkələr kimi – antifragile agentlərə qarşı çox da davamlı deyil. İmmunitet sistemi kimi işləyən “Antifragile” adlandırılan agentlər hücuma uğradıqları zaman reaksiya verir və daha da güclənirlər.

Ancaq bu, bir çox istifadəçisi olan bir şəbəkə tələb edir. Bir blockchain geniş yayılmış qovşaqlarının güclü bir şəbəkəsinə malik deyilsə, bu proses daha da çətinləşir.

Bu prosesin bəzi mövcud blockchain layihələri üçün həyati təhlükə olub-olmadığını müzakirə edənlər də var.

Əməliyyat haqqı və şəbəkə sürəti

Yarandığı ilk illərdə çox az əməliyyat haqqı alan Bitcoin hazırda bu yöndə daha çox xərc tələb edir.

2016-cı ilin sonundan etibarən saniyədə yalnız 7 əməliyyat reallaşdıra bilir. Onlardan biri təxminən 70 faiz xərc kəsir və yalnız 80 bit məlumat saxlaya bilər.

Bitcoin-in həm də siyasi olaraq məsuliyyət tələb edən tərəfi mövcuddur. Əməliyyatlar üçün deyil, məlumatın saxlanması kimi. Bu, “rahatlama” problemi adlanır və adətən insanlar tərəfindən mənfi qarşılanır. Çünki mədənçilərin məlumatın təkrar emal etməsinə və saxlamasına səbəb olur.

İnsan səhvi

Əgər blockchain verilənlər bazası kimi istifadə edilirsə, həmin verilənlər bazasında işlənən məlumatlar yüksək keyfiyyətli olmalıdır. Blockchain-də bəzən zərərli məlumatlar saxlanıla bilər, ona görə hadisələr ilk növbədə düzgün qeyd edilməlidir. Beləliklə, saxlanılan zərərli məlumatlar düzəldilə bilir və sistemə zərər vermir.

“Necə girərsə, elə də çıxar” deyərək ümumiləşdirə bilərik. Bu hal mərkəzləşdirilmiş verilənlər bazalarında, eləcə də blockchain qeyd sistemlərində baş verə bilər.

Qaçılmaz təhlükəsizlik qüsurları

Bitcoin və digər blockchain-lərdə bir əhəmiyyətli təhlükəsizlik qüsuru var: əgər şəbəkəyə xidmət etmək üçün düyünlər kimi istifadə edilən kompüterlərin yarıdan çoxu səhv məlumat verirsə, o səhvlər gerçək olur. Buna “51% hücumu” deyilir. Bitcoin-i yaratdığı zaman Satoşi Nakomoto bu mövzuya toxunub. Buna görə Bitcoin mədən hovuzları cəmiyyət tərəfindən yaxından izlənilir ki, kimsə fərqində olmadan belə bir şəbəkə etibarı qazanmasın.

Ən sərfəli kredit üçün müraciət et

Siyasətlər

Blockchain protokolları idarəetmə modellərini rəqəmsallaşdırmaq imkanı yaratdığı və mədənçilər işdə fərqli təşviq idarəetmə modeli təklif etdiyi üçün müxtəlif sosial sahələr arasında anlaşılmazlıqların yaranması üçün imkan yarandı.

Bu mübahisələr blockchain sektorunun vacib xüsusiyyətlərindən biridir və onlara əsasən bir blockchain “haçalanma” problemləri arasında rast gəlinir. Bu “haçalanma” hadisəsi blockchain istifadəçiləri arasında səs çoxluğu təmin edildiyi təqdirdə, bir blockchain protokolunun yenilənməsini nəzərdə tutur.

Sözügedən müzakirələr bir çox texniki məlumatı əhatə edə bilir və bəzən olduqca dinamik olurlar. Ancaq demokratyanın və blockchain texnologiyasının rahat olduğu idarəetmə təcrübələri üçün yeni imkanların yarandığı birlikləri sevənlər üçün olduqca məlumatverici ola bilirlər.

Bunlar da maraqlıdır:

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımız Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az