Biznesdə uğur qazanan zaman edilən mühüm səhvlər – AÇIQLAMA | Banco.az

Biznesdə uğur qazanan zaman edilən mühüm səhvlər – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Uğur qazanmaq hər kəsin arzusudur, lakin bu yolda edilən ən böyük səhvlərdən biri yalnız şəxsi nailiyyətlərə fokuslanaraq komandanı unutmaqdır. Bu yanaşma qısa müddət üçün cazibədar görünsə də, uzunmüddətli perspektivdə ciddi problemlərə yol aça bilər”.

Banco.az xəbər verir ki, bu fikirləri biznes kouç Kamran Məmmədli deyib. O hesab edir ki, belə davranmaqla uzunmüddətli uğur şansı azalır:

“Bu zaman şəxs özü ilə başqaları arasında maneələr yaradır. Dəyərli əməkdaşlıq imkanlarını əldən verir, potensial inkişafı məhdudlaşdırır. Kollektiv nailiyyətin gücünü dərk edən insanlar güclü və davamlı əlaqələr qururlar, hər kəs üçün yeni imkanlar yaradırlar. Dayanıqlı uğur strategiyaları hazırlayır və həyata keçirirlər.Komanda işi ilə daha yüksək nəticələr əldə edirlər.Ən uğurlu insanlar təkbaşına canavar olmurlar. Əsl uğurlu insanlar yalnız özlərini deyil, ətrafındakıları da düşünürlər, komandanın nailiyyətlərini daim vurğulayırlar”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert hesab edir ki, uğur yalnız ən yaxşı olmaqdan ibarət deyil. Həqiqi uğur, birlikdə zirvələrə qalxarkən ətrafınızdakı hər kəsi daha yaxşı etməkdir:

“Əgər yalnız özünüz üçün ən yaxşı olmaq istəyirsinizsə, təkbaşına uğursuzluğa doğru irəliləyirsiniz. Amma əgər ətrafınızdakı hər kəs üçün ən yaxşı olmağı seçsəniz, birlikdə böyük uğurlara imza ata bilərsiniz”.

Qeyd edək ki, insanların uğur qazanarkən etdikləri ən böyük səhvlərdən biri özlərinə qarşı qeyri-real gözləntilər yaratmaq və ya nəticələrə çox tez çatmağa çalışmaqdır. Bu, həm stressə, həm də motivasiya itirilməsinə səbəb ola bilər.