Biznes kreditlərinin 2.6 mlrd. manatdan çoxu mikro sahibkarlara verilib | Banco.az

Biznes kreditlərinin 2.6 mlrd. manatdan çoxu mikro sahibkarlara verilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi bu il fevral ayının 1-i tarixinə 12 milyard 912 milyon manat təşkil edib.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 2.3% çoxdur. 

Hesabata görə, cəmi biznes kreditləri portfelinin 401.5 mln. manatı və ya 3.1%-i qeyri-işlək kreditlər olub.

Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 6 mlrd. 849 mln. manatı iri sahibkarlığa, 1 mlrd. 884 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 546 mln. manatı kiçik sahibkarlığa, 2 mlrd. 632 mln. manatı isə mikro sahibkarlığa verilib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram