Biznes kreditləri nədir? | Banco.az

Biznes kreditləri nədir?

Hamımız kredit alırıq, amma aldığımız kredit bizə məsrəfdən başqa heç nə gətirmir. Bir az da uzaqgörən olsaq krediti şəxsi istehlak məqsədi ilə deyil, özümü və ya işimizi inkişaf etdirmək üçün, gələcəkdə mənfəətimiz daha çox məqsədi ilə götürərdik.

Məqsədindən (təyinatından) asılı olaraq kreditləri bir necə qrupa bölmək olar. Amma ümumilikdə kreditləri istehlak və biznes (kommersiya) kreditləri olmaqla iki hissəyə ayıra bilərik.

Biznes kreditləri  - insanlara yeni biznesə başlamaq, mövcud biznesi genişləndirmək, biznesdə istifadə olunacaq avadanlıqları almaq, xammal almaq və s. məqsəd ilə verilir. Yəni vəsait yeni bir işə yatırılır ki, siz də gələcəkdə həmin işdən daha çox səmərə götürəsiniz.

İstehlak kreditləri isə - siz avtomobil, mebel, məişət avadanlığı, şəxsi mənzil, arzuladığınız istənilən bir predmet və ya xidmət almaq üçün, səyahət, təmir, müalicə və s. məqsədi ilə verilir.

İstehlak kreditləri yeni dəyər yaratmır. Onlar sadəcə insanla hər hansı bir ehtiyacını qarşılmağa kömək edir.

Biznes kreditləri isə yeni dəyər yaradır, iqtisadiyyatın yüksəlişinə töhfə vermiş olur.

 Biznes məqsədi ilə verilən kreditləri mikro kreditlər, kiçik və orta biznes kreditləri, həmçinin hüquqi şəxslərə verilən iri həcmli biznes kreditlərinə bölmək olar.

Həmçinin bax: Biznes kreditləri sərfəli olan banklar - Siyahı YENİ 2021

Mikro kreditlər

Mikro kreditlər daha kiçik məbləğli olub, kiçik təsərrüfat ilə məşğul olan şəxslərə verilir. Bu kreditlərin məbləği 100 AZN (USD)-dən başlayır və təxminən 16 000 AZN-ə qədər verilən kreditlər mikro kredit hesab olunur. Mikro Maliyyələşmə Assosiasiyasının saytına baxdıqda həmin rəqəmin 100 dollar və 20 000 dollar arasında götürüldüyünün şahidi oluruq.

Mikro kreditlər daha çox bank olmayan kredit təşkilatlarının məşğuliyyət sahəsidir. Amma fiziki və hüquqi şəxslərə mikro kredit verən bankların sayı da az deyil.

Bankın adı

Mikro kreditin həcmi

FİFD

Aylıq

AccessBank

100 -30000 USD

20,95% -43,36%;

1,58%-2,75%

BankofBaku

300 30000 AZN

26.01% -dən başlayan

2.08% başlayan

Amrahbank

100 -20000 AZN

28,16% - 34,02%

2,08%- 2,5%

Unibank

200 - 30000 USD

32.38%- 66.04 %

2,00%-3,00%

Parabank

100- 20000 AZN

20.10% - 32.00%

2,00%-2,41%

Muğanbank

300 -10000 AZN

24.13% - 38.26%

1.08%-3,00%

DəmirBank

500 -100000 AZN

24,89% - 44,28%

1,90% başlayan

Bank Respublika

300 -15000 AZN

27,7%-35,7%

2,08%-2,5%

VTB Bank

1000 -20 000 AZN

27,38% başlayan

 

Nikoil Bank

100 -15000 AZN

30,91%-33,36%

1,08%-2,30%

Ən sərfəli kredit üçün müraciət et

Kreditin məbləğindən asılı olaraq, müştərilərdən zamin və girov tələb olunur. Bu hər bir bankın fərdi strategiyasından, yanaşma və müştərinin ödəmə qabiliyyəti və digər keyfiyyətlərindən asılı olaraq müəyyən edilir.

Qeyd edək ki, ZaminBank və Turanbankda da mikro biznes kreditləri vardır, lakin məhsulun verilməsi ilə bağlı şərtlər saytda əks olunmamışdır.

Gələcək araşdırmamızı kiçik və orta biznesə verilən kreditlərə həsr etməyi düşünürük. Həmçinin BOKT-ların kredit təkliflərini ayrıca təhlil etmək olar.

Banco.az| Könül Soltanova