“Biz özümüzün yaşamağı arzuladığımız kompleksləri inşa edirik” | Banco.az

“Biz özümüzün yaşamağı arzuladığımız kompleksləri inşa edirik”

“Biz özümüzün yaşamağı arzuladığımız kompleksləri inşa edirik”

“Olympus Park” şirkətlər qrupunun idarəedici tərəfdaşı Samir Əliyevlə müsahibə

“Olympus Park” brendinin yaranması barədə məlumat verərdiniz, zəhmət olmasa. Şirkətlər qrupu nə zaman, hansı idealarla, planlarla qurulub? Həmin vaxt tikinti sektorunda ölkənin ən öndə gedəcək şirkətlərindən birinin əsasını qoyacağınızı düşünürdünüzmü? Ümumiyyətlə, “Olympus” adının bir hekayəsi varmı?

Yaşayış komplekslərinin inşası istiqamətində fəaliyyət göstərən “Oympus Park” şirkəti Azərbaycan bazarında 10 ildən çoxdur ki fəaliyyət göstərir. Məhz inşaat sektorunu ölkənin qeyri-neft sektorunun “lokomativi” hesab edirəm. Məncə, bu sahədəki uğurlar Azərbaycan iqtisadiyyatında stimulverici gücə malikdir, digər sektorların inkişafında katalizator rolunu oynayır.

Yolumuzun başlanğıcında bizimlə 30-40 nəfər əməkdaşımız vardısa, işə cəlb etdiyimiz podratçılarla bərabər hazırda 1000 nəfərə yaxın şəxs bu brend üçün çalışır. Bu gün  şirkətin portfelində artıq yaşayışa təhvil verilmiş “Olympus Elmlər” və “Olympus  Neftçilər” layihələri, hazırda tikintisi davam edən “Olympus 28 May”, “Olympus Nəsimi”, “Olympus Səbail”,  “Butik-12”, “Olympus Xırdalan” layihələri, həmçinin inşaasına  yeni başladığımız “Olympus Nobel” layihəsi daxildir.

“Olympus” adını isə qədim Yunan mifologiyasındakı Olimp dağından götürür. Bu səbəbdən sloqanımız “Dünyaya zirvədən baxın!” formasındadır.

Layihələrdən fotoslayd

Bugün azərbaycanda bir neçə inşaat şirkəti fəaliyyət göstərir. Amma az bir qismi sizin kimi layihələri uğurla icra edir. “Olympus Park” şirkətinin uğurlarının sirri nədədir?

Bu çox yaxşı sualdır. Hər şeydən əvvəl, bildirmək istəyirəm ki, şirkətimizin bu cür uğurlu fəaliyyət göstərə bilməsini ilk növbədə ölkə başçısı cənab İlham Əliyevin sahibkarlığın inkişafı üçün yaratmış olduğu şəraitə - aparılan islahatlara, həyata keçirilən islahatlara borcludur. İnşaat sektoru Azərbaycanda çox dinamik və rəqabətcildir, bu gün bazarda yaxşı tarixçəyə, keyfiyyətli layihələrə malik kifayət qədər çoxlu sayda şirkət fəaliyyət göstərir. Lakin, hər zaman dəyişikliklərlə ayaqlaşa bilən, rəqabətə tab gətirə bilən şirkətlər “sağ qalır”.

Biz ən başdan işimizi keyfiyyət və rahatlığı gözəl görünüşlə təqdim etmək üzərində qurmuşuq. İnşa etdiyimiz yaşayış komplekslərinin fasadları nə qədər gözəl, eleqantdırsa həmin binaların inşasında istifadə olunan materiallar, texnikalar da bir o qədər keyfiyyətli dünya brendləridir. İstifadə olunan texnologiya sakinlərin rahatlığına xidmət edir. Məsələn isitmə, havalandırma sistemlərini elə qururuq ki, tikinti və fasadda elə materiallardan istifadə olunur ki, sakinlərin qaz, işıq üçün olan kommunal ödənişləri minimuma endirilir. Əvvəldən özümüzə söz vermişdik ki, özümüzün yaşamağı arzu etdiyimiz kompleksləri inşa edəcəyik. Düşünürəm ki, verdiyimiz sözü tutmağımız bugünkü güvənli “Olympus”u yarada bilib.

 “Olympus Park”ın təqdim etdiyi mənzillərin alıcıları kimlərdi?

Mənzil alıcıları hər zaman yaşayış şəraiti daha da yaxşılaşdırmaq istəyən şəxslərdir. Bunlar daha iri, daha komfortlu mənzilə köçənlər, yaşayış məkanlarını daha uğurlu yerə daşımaq istəyənlər, yeni evlilər və həmçinin ən az riski olan investisiya kimi öz maddi vəsaitlərini daşınmaz əmlaka yatırım edən şəxslərdir. Onlar özəl sektorun, dövlət sektorunun nümayəndələridir. “Olympus Park” brendinə aid istənilən yaşayış kompleksindən mənzil alan şəxslər keyfiyyət, rahatlıq və təhlükəsizliyi seçmiş olurlar. Bugün “Olympus Park”ın istənilən layihəsindən mənzil sahibi olmaq istəyən şəxs məbləğin 30%-ini ödəyə və geridə qalan hissəni 36 ay ərzində hissə hissə keçirə bilər.

Samir bəy, deyə bilərsinizmi, bugünün daşınmaz əmlak müştəriləri ilə 10-20 il əvvəl mənzil alan şəxsləri nə fərqləndirir? Müştərilərin seçimində, zövqündə, tələbatında nələr dəyişilib?

Ən sərfəli kredit üçün müraciət et

Bugünün müştərisi ilə həmin müştəri tamam fərqli insanlardır. İndi müştəri bina, mənzil barədə bütün məlumatları – yerləşmə, inşaatda istifadə olunan materiallar, binalara yerləşdiriləcək texnika, həyətinin rahatlığı, avtomobil parklama şəraiti, hər mərtəbədə neçə qonşunun olması, tikintini həyata keçirən şirkətin tarixçəsi, onun reputasiyası və başqa bütün detalları araşdırır. Əlbəttə, qiymət də ən vacib amillərdən biridir. Bizim komplekslərin qiymət aralığı hər büdcəyə xitab edir – “Olympus Xırdalan” layihəsində mənzilin 1 kvdadrat metrinin qiyməti 650 AZN, “Olympus Elmlər”, “Olympus Nəsimi” layihələrində isə 2000 AZN-dək dəyişir. Bizim satış şöbəsi istənilən  büdcəyə sahib alıcıya onun istədiyi kimi ev təklif edə bilər.

Hazırda dünyada və eləcə də ölkəmizdə pandemiya yaşanır,  neft qiymətləri qeyri-sabitdir, əhali arasında pullarını biznesə yatırmaq barədə narahatlıqlar var, belə hallarda insanlar daha çox vəsaitlərini qızıla və daşınmaz əmlaka yatırmağa üstünlük verirmi? Tikinti bazarındakı ümumi vəziyyət necədir?

Pandemiya, neft qiymətlərinin qeyri-sabitliyi və sair amillərin gündəlik həyatımızda və fəaliyyətimizdə öz izlərini buraxması barədə sizinlə razıyam. Amma uzunmüddətli müşahidələrim Azərbaycanda daşınmaz əmlak bazarının müxtəlif dövrlərdə, hətta 5 il əvvəlki beynəlxalq iqtisadi böhran, Azərbaycan manatının məzənnəsinin düşdüyü ərəfədə belə ölkəmizdə daşınmaz əmlak bazarında güclü dalğalanma, geriləmə olduğunu xatırlamıram. Ona görə də Azərbaycanda daşınmaz əmlakın alınmasını stabil və gəlirli bir sərmayə hesab edirəm. Çünki xüsusilə Bakıda, daşınmaz əmlakın qiymətləri qonşu ölkələrə və uzaq xaricə nisbətən olduqca aşağıdır və əminəm ki, pandemiyadan sonra mütləq böyüməyə səy göstərəcəklər. Buna görə də, indi daşınmaz əmlak almağın əsil vaxtıdır.

“Olympus Park”ın layihələri barədə qısa məlumat:

  1. “Olympus Nobel” layihəsi şirkətlər qrupunun inşaasına yenicə başladığı hələlik ən sonuncu kompleksdir. Dəniz panoramalı yeni kompleks 6 blok, 12 mərtəbədən ibarətdir və 1,5 – 2 il müddətinə təhvil verilməsi planlaşdırılır. Xətai rayonu, Sadıqcan və Cavanşir küçələrinin kəsişməsində inşa edilən kompleksin dənizin yaxınlığında yerləşən, parklar, yaşıllıqlarla əhatələnməsini, bu sağlam mühit ahəngini öz həyətindəki yaşıllıq ərazi ilə də dava etdirir.
  2. "Olympus Nəsimi" - premium-pilot yaşayış kompleksi sakinlərin ixtiyarına verilib. Azadlıq prospektində, Nəsimi bazarının yerində inşa olunan layihə, 4 binadan, 18-20 mərtəbədən ibarətdir. Kompleksin əsas üstünlüklərindən biri daxilində sakinlərin yaşayış kompleksindən uzaqlaşmadan, rahat şəkildə alış-veriş etməsi üçün 3 mərtəbəli Ticarət Mərkəzi (Mall) olmasıdır. Mənzil sahiblərinə 24 saat reception və mühafizə xidməti göstərilir.
  3. "Olympus 28 May"  -  dəniz panoramalı premium klass layihə. Təməli  2019-cu ilin sentyabr ayında start verilən kompleks 1,5-2 il müddətində  sakinlərin ixtiyarına verilməsi nəzərdə tutulub. Şəhərin tam mərkəzində, 28 May metrosunun çıxışında, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universitetinin və 28 Mall ticarət mərkəzinin yaxınlığında yerləşir. Bu layihə pəncərəsindən Bakı bulvarının ecazkar görüntüsünü izləmək istəyənlərin zövqünə xitab edir.
  4. "Olympus Səbail" qarşısı kəsilməyən Dəniz Panoramalı kompleksdir.  Badamdar qəsəbəsi, Gəlin qaya şadlıq sarayının yaxınlığında, Elmlər metrosuna 7-8 dəqiqəlik məsafədə yerləşən pilot layihənin təməl işlərinə 2019-cu ilin fevral ayında başlanılıb və təhvil müddəti 2 il nəzərdə tutulub. Layihə 2 binadan ibarət 16 yaşayış mərtəbəsi, 20 sot qapalı avtomobilsiz həyəti, 24 saat mühafizə xidməti və 2 mərtəbə yeraltı parkingi olan kompleksdir. Burada  Xəzərin möhtəşəm görüntüsünü pəncərənizdən izləyin.
  5. "Butik -12"  eksklyuziv premium layihəsinin bu ilin sonlarında təhvil verilməsi gözlənilir.  7-ci mikrorayon, Azadlıq metrosu ərazisində,  Bolluq bazarı yaxınlığında yerləşən bina cəmi 1 blok, 12 mərtəbə, 50 mənzildən ibarətdir.
  6. "Olympus Xırdalan" layihəsi Xırdalan şəhərində, Heydər Əliyev prospekti, Xırdalan tibb mərkəzinin yaxınlığında yerləşor. Kompleksin  inşasına 2019-cu ilin aprel ayında start verilib və 18 ay müddətində sakinlərin ixtiyarında olması planlaşdırılır. "Olympus Xırdalan" 2 blokdan ibarət, 13 mərtəbəli, dövlət dəstəyi və nəzarəti ilə inşa olunan pilot layihədir.
  7.  “Olympus Elmlər” - Elmlər metrosuna 5 dəqiqəlik məsafədə, şəhərin mərkəzi küçələrindən olan Hüseyn Cavid prospektində, Bakı Dövlət Universitetinin yaxınlığında yerləşən kompleks artıq təmir üçün sakinlərin ixtiyarındadır. “Olympus Elmlər” Sizə şəhərin mərkəzində neoklassik üslubda zövqünüzə uyğun evlər təklif edir.
  8. "Olympus Neftçilər" layihəsi Neftçilər metrosuna 4-5 dəqiqəlik piyada məsafədə - Xəzər universitetinin tam arxa hissəsində yerləşən Pilot layihənin inşası artıq yekunlaşıb və təmir üçün sakinlərə təhvil verilib. Layihə metro və şəhərin əsas yol qovşaqlarına yaxın yerləşdiyi üçün mənzil sahibləri vaxtlarına qənaət etmiş olacaq. 

050 296 60 60

050 296 70 70

www.olympus.az