Biz nə vaxt brend olacayıq? | Banco.az

Biz nə vaxt brend olacayıq?

26 və 27 May tarixlərində sayca 3-cü Milli Marketinq forumu baş tutmuşdur. Forumun təşkil edilməsində təşəbbüs göstərən və zəhmət çəkən hər kəsə təşəkkürümü bildirirəm. Forumda mövcud olan 6 paneldən biri də Marketinq Strategiyalar paneli idi. Bu panelə spiker kimi dəvət edildiyim üçün bir daha təşkilatçılara ayrıca minnətdarlığımı bildirirəm. Forumda cəmi 12 dəqiqə ərzində marketoloqların diqqətini Bakı və Azərbaycan markalarının yaradılmasına yönəltmək üçün müraciət etdim.

Daha ətraflı bu məqalədə qeydlərimi oxucularla bölüşmək istəyirəm. Əvvəlcə onu qeyd etmək istərəm ki, Bakı və Azərbaycan markasını yaratmaq zənnimcə Azərbaycanlı marketoloqların sosial məsuliyyəti çərçivəsindədir. Bu markaların yaradılması üçün gərək ki, marketinq peşəsinə sahib olasan. Sizləri əmin etmək istəyirəm ki, nə həkimlər, nə mühəndislər, nə müəllimlər və digər peşə sahibləri markaşalma barəsində kifayət qədər biliklərə sahib deyillər. Sahib olmaq məcburiyyətində də deyillər. Odur ki, əziz marketoloqlar, bu məsuliyyətdən qaçmamalıyıq. Yuxarıda yazdığım məsuliyyətli işin öhdəsindən gəlmək üçün xidmət etdiyimiz markanı yaradarkən, yerli dəyərlərlə asossasiya etmək kifayət edəcəkdir. Bəs Bakı və Azərbaycan markasını yaratmaq üçün növbəti addımlar, touchpointlər nədən ibarətdir?

Hədəf Kütlə:

Bakı və Azərbaycan markasını ilk əvvəl həmvətənlərimizə təqdim etməli və onların bu markanı qəbul etməsinə müvəffəq olmalıyıq. Bununla bağlı bir misal çəkmək istərdim:

Starbucks: Bizim markamız qəhvələrimiz deyil, işçilərimizdir!

Dövrümüzdə markanı təqdim etməsi üçün işçilər kifayət qədər rol oynayır. Onlar həmin markaya nə qədər bağlı olarlarsa, müştərilər tərəfindən də onların marka haqqında dedikləri o qədər səmimi qəbul edilər. Bəli, Azərbaycan və Bakı markasını böyük bir holding kimi düşünərsək, işçiləri biz Azərbaycanlılar, brand menecerləri isə yerli marketoloqlardır. Bu gün Bakı küçələrində üzərində “Travel in Georgia” reklamı olan onlarca avtobus şütüyür. Məqsəd Azərbaycandan turist qəbul etməkdir. Amma, bir həqiqəti qəbul etməliyik ki,meşələrinə, dənizinə, yeməklərinə, bulaqlarına və digər sərvətinə görə Azərbaycan Gürcüstandan kifayət qədər zəngin ölkədir. Lakin, bizim markalaşma mövzusunda kifayət qədər addıma atmağımız gərəklidir. Bizlər Azərbaycanlılara Bakı və Azərbaycan markasını qəbul etdirdikdən sonra növbəti hədəfimiz qonşu ölkə vətəndaşları olmalıdır. Markalaşma burulğana bənzəyir. Davamlı olduqca daha çox ərazini əhatə edir. Sizləri əmin etmək istəyirəm ki, biz qonşu ölkə vətəndaşlarına Bakını və Azərbaycanımızı marka olaraq qəbul etdirə bilərsək, bütün dünyanı bu məsələdən xəbərdar etməyə müvəffəq olacağıq.

Bakı və Azərbaycan Markasını yaratmaq üçün 3 ədəd çıxış nöqtəsi təklif edirəm.

Nation branding

Place Branding

Local Products branding.

 Natin Branding

 Nation Branding-i loru dildə tərcümə edərsək, millətimizə xas spesifik və pozitiv xarakterin markalaşdırılmasını nəzərdə tuturam. Məhsul o zaman marlakaşır ki, onun xarakteri olsun. Yəni ki, Azərbaycan əhalisinə xas olan spesifik xüsusiyyətləri önə çıxartmaq gərəklidir. Bu spesifik xüsusiyyətlər bizim xarakterimizin formalaşdırılmasında köməklik göstərəcəkdir. Bizim millətə xas bəzi spesifik xüsusiyyətlərə nümunə: Çalışqan, validyenə və böyüyə hörmət, kişi sözü və s.

Ən sərfəli kredit üçün müraciət et

Biz marketoloqlar çalışdığımız şirkətin markasını yaradarkən niyə də bu xüsusiyyətlərdən istifadə etməyək? Bunu da bilməliyik ki, məhsul lokal dəyərlərlə asossasiya olunanda daha uğurlu olur. Global Marketing strategiyası artıq ya Glocal ya da Local Marketinq strategiyası kəlimələri ilə əvəz edilir.

Place Branding

 

 

 

 

 

Yuxarıda internetdən tapdığım bu foto şəkillər Place Branding haqqında hər şeyi izah edir. Azərbaycanda o qədər gəzməli görməli yerlər varki...Tarixi abidələr, muzeylər, klublar, restoranlar, barlar və s. Sadəcə olaraq, bəziləri təyinatı üzrə istifadə edilmir və ya ümumiyyətlə istifadə edilmir. Eyfel qülləsini düşünək. Ağlımıza ilk öncə romantika, ehtiras, məhəbbət gəlir. Amma, bir məsələni qəbul edək ki, fiziki olaraq Eyfel viagra effekti vermir. Sadəcə, zamanında marketoloqlar Eyfelə xarakter vermişlər. Bir də düşünək bizim Qız Qalasını. Nə üçün Qız Qalasına biz marketoloqlar bir xarakter verə bilmirik? Onun tarixiliyi və qədimliyi bizim hisslərimizə toxuna bilmir.

Local Products Branding

Azərbaycan və Bakı markalarının yaradılması üçün növbəti touchpoint olaraq local məhsulların markalaşmasını görürəm. Azərbaycanda iqtisadiyyat nə qədər çoxşaxəli olarsa, bir o qədər dözümlü və möhkəm olacaq, ümumi daxili məhsul o qədər çox artacaqdır. Ölkəmizdə bir neçə istiqamətdə istehsalat, xidmət sahələri yaratmaq üçün əlverişli şərait mövcuddurvə bu şəraiti zamanında aşkar edib inkişaf edən şirkətlər də kifayət qədərdir. Məsələ burasındadır ki, Azərbaycan məhsulu keyfiyyətli olsa və xarici bazara çıxsa, uğur qazana biləcəkdir. Bunu etmək üçün də ilk təkanı yenə biz marketoloqlar verməliyik. Bax onda bu zaman MADE IN AZERBAİJAN markasını yarada bilərik.

Bir daha məqalənin əsas mesajını sonda vurğulamaq istəyirəm. “Bakı və Azərbaycan markasını yaratmaq biz marketoloqların məsuliyyəti çərçivəsindədir. Çünki, markalaşma haqqında təcrübə və biliklərə məhz bir marketolqlar sahibik”

Heydər İsmayılov

 

Ən sərfəli krediti almaq üçün müraciət et