Birləşmiş Krallıqdan Azərbaycana pul köçürmələri artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Birləşmiş Krallıqdan Azərbaycana pul köçürmələri artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Birləşmiş Krallıqdan fiziki şəxslər tərəfindən 2025-ci ilin birinci rübündə Azərbaycana 8 milyon 755 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,7% (473 min dollar) çoxdur. Ötən ilin yanvar-mart aylarında bu məbləğ 8 milyon 282 min dollara bərabər olub. 

Qeyd edək ki, birinci rübdə Birləşmiş Krallıqdan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 3,8% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram