Bitkoin altı ayın ən aşağı səviyyəsindədir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bitkoin altı ayın ən aşağı səviyyəsindədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bitkoin altı ayın ən aşağı səviyyəsindədir.

Banco.az xəbər verir ki, Bitkoin riskdən qaçınmanın artması və texnologiya səhmlərindəki satışların təsiri ilə 100 min dollar səviyyəsinin altına doğru enişini davam etdirib.

Rəqəmsal aktiv cümə günü 5,6 faizədək ucuzlaşaraq 96 min dolların altını görüb. Bununla da Bitcoin may ayının əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb.

Bazardakı zəiflik  böyük investisiya fondları, ETF alıcıları və şirkət balansları kimi il ərzində rallini dəstəkləyən amillərin geri çəkilməsi ilə əlaqələndirilir. Bu vəziyyət kripto aktivlərdə yeni bir kövrəklik dövrünün başladığına işarə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram