Bitcoin və blockchain texnologiyası bizə nə vəd edir? | Banco.az

Bitcoin və blockchain texnologiyası bizə nə vəd edir?

Kriptovalyutanın istifadəsi bir çoxlarında şübhə yaratsa da bəzi ekspertlər kripto pul vahidinin 2018-ci ildə 1 trilyona çatacağını bildirir.

Blockchain texnologiyası qısa zaman öncə yaranmasına baxmayaraq, Bitcoin istifadə edən insanların sayı kifayət qədərdir. Bu texnologiyanın yalnız iqtisadi sahədə istifadəsi nəzərdə tutulsa da yaxın gələcəkdə digər sahələrə də transfer etməsi gözlənilir. Blockchain sistemi, sadəcə IT sahəsində deyil, bütün sektorlarda vacib xarakter daşımağa başlayıb.

Blockchain sisteminin qısa zamanda məşhurlaşacağına inam böyükdür. Bunun əsas səbəbi insanların işlərini qısa və sadə yoldan idarə etməyə çalışmasıyla əlaqədardır. İnternetin qlobal hal alması üçün sadəcə 5 il tələb olunurdusa, Facebook, Youtube, Instagram kimi media vasitələrinin həyatımıza nüfuz etməsi üçün 3 il kifayət etdi. Bitcoinin dövriyyəyə buraxılması ilə onun qısa zamanda milyonlarla insan tərəfindən istifadəsi daha qısa zamanı əhatə etdi. Bəzi mütəxəssislər Blockchain texnologiyasının tez bir zamanda adi pulları dövriyyədən çıxaracağı qənaətindədirlər. Bunun üçün lazım olan yeganə şey bu sahədəki sistemləri optimizasiya etmək və işin texniki tərəfini daha asan və sürətli şəkildə təşkil etməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Mütəxəssislər blockchain texnologiyasının məhşurlaşmasının səbəblərindən biri kimi bu sistemdə təhlükəsizliyin daha üst səviyyədə olmasıyla əlaqələndirirlər. Bəzi insanlar yeni texnologiyaların bank sisteminə mənfi təsir edəcəyini düşünsə də digərləri bunun əksi olacağını da inkar etmir. Buna ödəmə terminallarını misal göstərmək olar. Terminallar yeni istifadəyə verildiyi zamanlarda bankların sıradan çıxacağı gözlənilirdi. Amma bunun tam əksi oldu və bankların şöbə və işçi sayı daha da artdı. Belə müsbət təsir isə təbii ki, yeni texnologiyaların inkişafına olan inamı artırdı.

Nəcibə Yusifova, Banco.az