Birinci rübdə əhalinin ərzaq xərci 7.4 mlrd manatdan çox olub | Banco.az

Birinci rübdə əhalinin ərzaq xərci 7.4 mlrd manatdan çox olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan əhalisi bu ilin yanvar-mart aylarında ərzaq məhsullarına 7 milyard 439 milyon manat vəsait xərcləyib. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,8% çoxdur. 

Məlumata görə, hesabat aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 475,3 manatlıq, o cümlədən 264,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 211 manatlıq qeyri-ərzaq malları alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram