“BioNTech” firmasının maliyyə göstəricilərində kəskin geriləmə müşahidə olunub | Banco.az

“BioNTech” firmasının maliyyə göstəricilərində kəskin geriləmə müşahidə olunub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“BioNTech” şirkətinin mənfəəti 86 faiz azalıb.

Banco.az xəbər verir ki, Almaniyanın biotexnologiya şirkəti “BioNTech” yanvar-mart dövrü üzrə balans hesabatını dərc edib.

Hesabatdan görünür ki, şirkətin bu ilin ilk rübündə xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 86 faiz azalaraq 502,2 milyon avroya düşüb. “BioNTech” 2022-ci ilin I rübündə 3,7 milyard avro mənfəət əldə etmişdi.

Şirkətin ötən ilin birinci rübündə 14,24 avro olan səhmbaşına xalis mənfəəti də azalaraq bu ilin eyni dövründə 2,05 avro hesablanıb.

“BioNTech”in gəliri isə ilin ilk rübündə ötən ilin eyni dövrünə nəzərən 80% azalaraq 1,3 milyard avroya düşüb. Şirkət 2022-ci ilin eyni rübündə 6,4 milyard avro gəlir əldə etdiyini açıqlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, şirkət açıqlamasında bildirib ki, maliyyə nəticələrinin dəyişməsi şirkətin dünya üzrə Kovid-19 peyvəndlərinin tədarükü və satışından əldə etdiyi gəlirin aşağı olması ilə əlaqədardır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et