Bill Qeytsin tarixə düşən milyard dollarlıq səhvi | Banco.az

Bill Qeytsin tarixə düşən milyard dollarlıq səhvi

Həyatımız boyu nə qədər uğur qazansaq da, səhvlərimiz hər zaman olacaq. Beynəlxalq aləmdə tanınan ən uğurlu iş adamlarından biri, dünyanı dəyişdirən texnologiya dahisi Bill Qeyts belə hələ də unuda bilmədiyi səhvlər edib.

Ötən günlərdə Village Global adlı bir şirkətin təşkil etdiyi tədbirə qonaq olan Bill Qeyts hələ də peşman olduğu bir məsələyə toxunub.

iOS əməliyyat sistemindən sonra ən çox istifadə edilən mobil əməliyyat sistemi olan Android – in təkmilləşdirilməsini Google şirkətinə uduzduğunu söyləyən milyarder Microsoft üçün Android – in çox uyğun ola biləcəyini vurğuladı.

Öz hesablamalarına görə, 400 milyard dollar itkisi olan Bill Qeyts:

“Çox mühüm bir məsələdə çox böyük bir səhvə yol vermişik.”

Bill Qeyts və şirkəti Microsoft – un əlindən buraxdığı digər bir fürsət isə Microsoft Phone ilə bağlıdır. Dövrün CEO – su Steve Ballmer iPhone smartfonları ilk bazara çıxarılan vaxtlar telefonun üzərində klaviatura olmadığı üçün onun iş adamlarına xitab etməyəcəyini söyləmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Ballmer 2007 – ci ildə Stiv Cobsun təqdimat mərasimindən sonra:

“Strategiyamız var. Möhtəşəm Windows Mobile cihazlarımız hazırdır” açıqlamasını etmişdi.

Image result for steve ballmer

Microsoft iPhone smartfonlarında klaviatura olmadığının fərqinə vardığı zaman Google şirkətində işləyən Andy Rubinsin komandası dərhal Android sistemini sensorlu telefonlara uyğunlaşdırdı və bununla da ilk həmlə Google tərəfindən edilmiş oldu.

Ən yüksək bazar payına (85%) sahib olan Android məhz beləcə Microsoft şirkətinin əlindən çıxmış oldu.  

Əgər Microsoft bu fürsətləri dəyərləndirə bilsəydi, ehtimal ki, texnologiya dünyasının hazırki mənzərəsi çox fərqli olardı.

Həmçinin oxu: Texnologiya tarixinə damğa vurmuş 5 SƏHV proqnoz

Tamara Mustafayeva, Banco.az