Bil Qeyts yenidən dünyanın ən zəngin şəxsidir | Banco.az

Bil Qeyts yenidən dünyanın ən zəngin şəxsidir

Dünyanın ən varlı şəxslərinin yer aldığı yeni siyahı tərtib olundu.

Yer kürəsinin ən zəngin şəxsi yenə də Mikrosoftun həmtəsisçisi Bil Qeytsdir. Varidatı 87.4 milyard dollar dəyərində olan bu şəxs bəşəriyyət tarixində bu qədər sərvət toplaya bilən hələ ki, yeganə şəxsdir.

Wealth-X veb saytı dünya üzrə 110 mindən artıq zəngin şəxslərin şəxsi sərvətinin miqdarını müəyyənləşdirib. Araşdırma zamanı lokal vergi faizi, hər bir şəxsin ayrılıqda səhmlərinin məbləği, investisiya göstəriciləri və digər çoxsaylı faktorlar nəzərə alınır.

İkinci pillədə isə ispaniyalı Amancio Ortega qərarlaşıb. O, Qeytsdən təxminən 20 milyard dollar geridədir.

Maraqlıdır ki, milyarder siyasətçi Donal Trump siyahıda yer almayıb.

AD

SƏRVƏTİN HƏCMİ

Bill Gates

$87.4 Milyard

Amancio Ortega

$66.8 Milyard

Warren Buffett

$60.7 Milyard

Jeff Bezos

$56.6 Milyard

David Koch

$47.4 Milyard

Charles Koch

$46.8 Milyard

Larry Ellison

$45.3 Milyard

Mark Zuckerberg

$42.8 Milyard

Michael Bloomberg

$42.1 Milyard

Ingvar Kamprad

$39.3 Milyard

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et