Müəllif - Aida İsaq, Banco.az
Avropa İttifaqının bəzi ölkələri Rusiya bankına qarşı sanksiyaların tətbiqinə etiraz edib.
Banco.az xəbər verir ki, bu barədə müxtəlif mənbələrə istinad edərək “Bloomberg” məlumat yayıb. Belə ki, məlumata görə, region ölkələrinin bəziləri tərəfindən Rusiyaya qarşı hazırlanan yeni onuncu sanksiyalar paketinə əsasən “Alfa Bank”a embarqo qadağasının qoyulması dəstəklənməyib.
Qeyd edək ki, son məlumatlara əsasən, Aİ Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketinə 130-a yaxın hüquqi və fiziki şəxsi, o cümlədən dövlət mediasının rəsmiləri və jurnalistlərini daxil etmək niyyətindədir.
Bizi sosial şəbəkələrdən izləyin!!