BEYNƏLXALQ BANKÇILIQ SƏRGİ-KONFRANSININ KEÇİRİLƏCƏYİ MƏKAN AÇIQLANDI | Banco.az

BEYNƏLXALQ BANKÇILIQ SƏRGİ-KONFRANSININ KEÇİRİLƏCƏYİ MƏKAN AÇIQLANDI

17-18 aprel 2018-ci il tarixində “FA International Trade Events” şirkəti tərəfindən təşkil olunan “Rəqəmsal Bankçılıq və Təhlükəsizlik” mövzulu Beynəlxalq Bankçılıq Sərgi-Konfransının keçiriləcəyi məkan açıqlanıb. Şirkətdən alınan məlumata görə sərgi-konfrans Hotel Fairmont Baku-da keçiriləcəkdir.

Tədbir çərçivəsində maliyyə texnoloji avadanlıqların, proqram təminatlarının, bank avtomatlaşdırma sistemlərinin nümayiş sərgisi olacaq. Müasir ödəmə və identifikasiya vasitələri, biometrik ATM ilə yanaşı, "Unionpay", "AliPAY"(ALİBABA), "VİSA", "Mastercard" kimi maliyyə xidmətləri şirkətlərinin yeni innovativ təqdimatları gözlənilir.

 

Ən sərfəli kredit üçün müraciət et

Konfrans "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin bir hissəsidir və "FA International Trade Events" (www.futureadvantage.events) şirkətinin təşkilatçılığı ilə keçirilir.

 

Tədbir haqqında daha ətraflı məlumatı keçid vasitəsi ilə əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et