Beynəlxalq Bank-ın İdarə heyətinə YENİ TƏYİNAT! | Banco.az

Beynəlxalq Bank-ın İdarə heyətinə YENİ TƏYİNAT!

Dekabrın 25-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının iclası olub. İclasda Bankın Baş direktoru Vasif Əhmədov İdarə Heyətinə üzv seçilərək İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. Müşahidə Şurası Bankın cari il üzrə maliyyə göstəricilərinə baxıb, 2019-cu il üzrə büdcə layihəsini müzakirə edib və Şuranın səlahiyyətlərinə aid olan bir sıra kredit müraciətlərinə dair qərarlar verib.  

Həmçinin Bax: Beynəlxalq Bankın Rəhbərliyində TƏYİNAT!

Ən sərfəli kredit üçün müraciət et

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Ən sərfəli krediti almaq üçün müraciət et