Bələdiyyə seçkilərindən sonra lirəni nə gözləyir? - AÇIQLAMA | Banco.az

Bələdiyyə seçkilərindən sonra lirəni nə gözləyir? - AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Son və rəsmi valyuta məzənnələrinə əsasən, 1 Türkiyə lirəsinin məzənnəsi sabit qalaraq 0.0524 manat təşkil edib.

Türkiyədə 31 mart yerli idarəetmə qurumlarına keçirilən seçkilərdən sonra, lirənin mövqeyi ilə bağlı vəziyyətə iqtisadçı Rauf Qarayev aydınlıq gətirib.

Banco.az-a açıqlamasında ekspert bildirib ki, lirənin mövqeyi müəyyən qədər kritik durumdan uzaqlaşa bilər:

“Əgər Qərb tərəfindən Türkiyəyə çox sayda dəstək olsa, bu halda lirənin vəziyyəti qənaətbəxş ola bilər . Amma indiki vəziyyətdə əsas söz sahibi iqtidardır və düşünmürəm ki, Qərb tərəfindən daha ciddi addımların atılsın.

Türkiyənin indiki vəziyyətə düşməsinin səbəbi hakimiyyətin apardığı siyasətlə də bağlıdır. Çünki birbaşa olaraq müstəqil siyasət aparmaq istəyirlər və bu da iqtisadiyyata təsirsiz ötüşmür.

Çünki inflyasiya prosesi bazarla tənzimlənir. Qiymət qalxması-enməsi birbaşa olaraq sahibkarlıq subyektlərinə aiddir.  Türkiyədə keçirilən bələdiyyə seçkilərindən sonra tarifləri artırıb, azalda bilərlər, hansısa xidməti əlavə edib, sahibkarlara müxtəlif şərait yarada bilərlər. Ola bilsin ki, müəyyən qədər sahibkarlara xırda xidmətlər təklif edilsin. Buna görə də mən gözləmirəm ki, türk lirəsinə bələdiyyə seçkilərinin təsiri olsun.

Ən sərfəli kredit üçün müraciət et

Ötən illərdə Türkiyədə baş verən təbii fəlakət, eyni zamanda hərbi xərclərin artması iqtisadi vəziyyəti çətinləşdirdi. ABŞ ilə nisbətən soyuq münasibətlər lirəyə təzyiqləri formalaşdırır. Nə qədər məsələlərin həllinə yönəldilmiş ekspertlərin cəlbinə çalışsalar da bu kifayət etmir. Lirənin dirçəldilməsi üçün daha məqsədyönümlü addımlara ehtiyac var”.

Qeyd edək ki, “Goldman Sachs” seçkinin nəticələrindən asılı olmayaraq Türkiyədə həm pul, həm də fiskal siyasətin davam edəcəyini proqnozlaşdırıb.

Bu barədə hazırlanmış hesabatda bildirilib ki, seçkilərin nəticələrindən asılı olmayaraq, həm pul, həm də maliyyə siyasətinin davam etməsini, həm ehtiyatlar, həm də TL-yə təzyiqin azalmasını gözləyirilər. Qeyd olunub ki,  faiz artımı TL-də ucuzlaşma ehtimalının aşağı olduğuna işarədir.

Xarici valyutaya olan tələblə bağlı hesabatda bildirilir ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) TCMB) keçən həftə uçot faizini 500 baz bənd artırması belə bir ucuzlaşma ehtimalının aşağı olduğunu göstərir. Hesabatda bu ilin mart ayına təsadüf edən Ramazan ayı səbəbiylə artan ərzaq və xidmət inflyasiyası ilə yanaşı, inflyasiyanın yüksək səviyyədə davam edəcəyi proqnozu da yer alıb. Bildirilib ki, mart ayında inflyasiyanın illik bazda 68,5 faiz artacağı  təxmin edilir.

Ən sərfəli krediti almaq üçün müraciət et