BƏƏ və İsrail arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalanıb | Banco.az

BƏƏ və İsrail arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalanıb.

Banco.az xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici Ticarət üzrə Dövlət Naziri Sani əz-Zeyudi “Twitter” hesabında yazıb.

Qüdsdə keçirilən mərasimdə sazişi BƏƏ tərəfindən nazir Zeyudi və İsrail tərəfindən iqtisadiyyat naziri Orna Barbivai imzalayıb.

Zeyudi bildirib ki, iki ölkə hökumətləri tərəfindən təsdiqlənən BƏƏ-İsrail hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi ilə məhsulların 96 faizinə tətbiq edilən vergilər qaldırılacaq və ya azaldılacaq, bu da hər iki ölkənin sənaye və xidmət sektorlarına böyük təkan verəcək. Ölkəsi ilə İsrail arasındakı qeyri-neft ticarətinin 2022-ci ilin ilk 9 ayında 114 faiz artaraq 2 milyard dollara çatdığını vurğulayan nazir sözügedən sazişin bərpa olunan enerji, qabaqcıl texnologiya və ərzaq təhlükəsizliyi sahələrində əməkdaşlıq imkanlarını artırmaqla ticarətdəki bu sıçrayışı gücləndirəcəyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et