BƏƏ-nin Azərbaycanın qeyri-neft sektoruna birbaşa investisiyaları 650 milyon dolları ötüb | Banco.az

BƏƏ-nin Azərbaycanın qeyri-neft sektoruna birbaşa investisiyaları 650 milyon dolları ötüb

BƏƏ-nin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna birbaşa investisiyalarının həcmi təxminən 659 milyon dollar təşkil edir.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Orxan Məmmədov Bakıda keçirilən Azərbaycan-BƏƏ biznes forumunda deyib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, hazırda Azərbaycanda BƏƏ-dən 223 şirkət fəaliyyət göstərir: “Ölkələrimiz arasında mal dövriyyəsi 2016-cı ilin üçüncü rübünün sonuna olan məlumata görə, 58 milyon dollar təşkil edib”.

Mənbə: Trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et