Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə Qurban bayramı ilə əlaqədarqeyri-iş günləri ərzində əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat faydalanması üçün birsıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.
Bayram günləri ərzində valyuta mübadiləsi xidmətlərinə rahat çıxışı təmin etmək məqsədilə paytaxtda və bölgələrdəfəaliyyət göstərən23 bankın 76 struktur bölməsi müştərilərə xidmət göstərəcək. Bakı şəhərində yerləşən 4 bankın 2filialı və 2şöbəsi 24/7 rejimində işləyəcək.
Bayram günlərində həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sual və problemlə bağlı Palatada yaradılmış qaynar xəttə müraciət edilə bilər:
1-4 sentyabr tarixlərində çalışacaq bank filial və şöbələrinin siyahısı
Əlaqələndirici şəxs: Azər Quluyev
E-mail: [email protected]
Tel: +(994) 51 444 25 32
Media orqanları əlavə məlumat almaq üçün saytı və [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.