Batumi limanından neft nəqli 8% azalıb | Banco.az

Batumi limanından neft nəqli 8% azalıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın Batumi limanından (Qara dəniz) neft və neft məhsullarının daşınması əvvəlki ilin müvafiq dövründən 8,4% az olub.

"Reuters" agentliyinə istinadən verilən xəbərə görə, bu barədə terminalın rəsmisi bildirib.

Adının çəkilməsini istəməyən şəxs qeyd edib ki, Qazaxıstanın "KazMunaiGas" enerji şirkəti tərəfindən idarə olunan terminalda bu ilin 10 ayında 2,827 mln. ton neft və neft məhsulları yüklənib, ötən ilin analoji dövründə isə bu rəqəm 3,085 mln. ton təşkil edib. Oktyabr ayında isə nəql 308 141 ton, sentyabrda isə 292 630 ton olub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, terminal vasitəsilə 2015-ci ildə 3,616 mln. ton neft və neft məhsulları göndərilib. Azərbaycan, Qazaxıstan, Türkmənistandan xam neft və neft məhsulları Gürcüstanın Qara dəniz limanları - Batumi, Supsa, Poti və Kulevi terminalları vasitəsi ilə nəql olunur. Bəzi məhsullar Xəzər dənizi sahilində kiçik tankerlərə yüklənir, Bakı limanında yük boşaldılır və dəmir yolu vasitəsilə Aralıq dənizinə ixrac üçün Gürcüstan limanlarına göndərilir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et