Başqa dillərə tək kəlmə olaraq tərcümə edilməyən 10 maraqlı söz | Banco.az

Başqa dillərə tək kəlmə olaraq tərcümə edilməyən 10 maraqlı söz

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bilik, tarix və mədəniyyətin ötürülməsinin təməlində dil dayanır. Bu, mədəniyyətlər, insanlar və millətlər arasında qarşılıqlı əlaqənin əvəzsiz hissəsidir. Üstəlik, gündəlik həyatımız və hətta düşüncəmiz belə danışdığımız dillə formalaşır.

Bu gün bir çox dillərdə ortaq mənşəli sözlərə rast gəlmək mümkündür. Eyni zamanda bəzi dillərdə başqa dildə qarşılığı olmayan və üstəlik, başqa dillərə tərcümə edilə bilməyən sözlər var. Hətta bəzilərinin çox maraqlı mənaları var.

Banco.az başqa dildə qarşılığı olmayan və tərcüməsi asan olmayan 10 maraqlı sözü təqdim edir:

1. Недоперепить (Nedoperepit) – Rus

Rusların çox içki içməsi hələ də dünyada məşhurdur. Bu mövzuda rus dilində çox maraqlı bir söz var. Nedoperepit kimi tələffüz edilən bu söz başqa dillərə tərcüməsi mümkün olmayan sözlər sırasındadır. Sözün mənası “gərəkəndən çox, lakin bacardığından az” içmək deməkdir.

2. Desenrascanço – Portuqal

Portuqal dili dünyanın ən populyar dillərindən biridir. Müxtəlif coğrafiyalarda və ölkələrdə milyonlarla insan portuqal dilində danışır. Təbii ki, bəzi portuqal sözləri bir çox insana kifayət qədər tanışdır. Ancaq desenrascanço yəqin ki, onlardan biri deyil. Çünki bu söz başqa dillərə tərcüməsi mümkün olmayan sözlər sırasındadır. Desenrascanço” “qısa müddətdə plan qurub həyata keçirməklə yaranan problemi tez həll etmək” mənasını daşıyır.

3. Mångata – İsveç

Mångata başqa dillərə tərcüməsi mümkün olmayan sözlər sırasındadır. İsveç sözünün mənası ayın su üzərində yol kimi əks olunması deməkdir.

4. Hyggelig – Danimarka

Dünyanın ən xoşbəxt insanları sırasında olan danimarkalıların gündəlik həyatda tez-tez işlətdikləri və onlara xas olan bir çox sözləri var. Hyggelig o sözlərdən biridir. Üstəlik, bu sözü heç bir dilə çevirmək demək olar ki, mümkün deyil. Çünki hyggelig “dost, mehriban və sevən” kimi bir çox mənası olan tamamilə orijinal bir sözdür.

5. Merendar – İspan

İspan dili dünyada ən çox danışılan Latın dillərindən biridir. Ancaq bəzi ispan sözləri ispan dilinin özü qədər yaygın deyil. Çünki başqa dillərdə birbaşa qarşılığı yoxdur. Merendar da bunlardandır. İspan dilində bu feil “günortadan sonra qəlyanaltı etmək” deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

6. Verschlimmbessern – Alman

Verschlimmbessern “bir şeyə yaxşı niyyətlə başlayan lakin onu daha da pisləşdirən insanlar” üçün istifadə olunan bir sözdür.

7. Scarpetta – İtalyan

İtalyan mətbəxi dünyanın aparıcı mətbəxləri sırasındadır. Pizza, makaron, risotto və ya tiramisu milyonlarla insanın daddığı məşhur İtalyan yeməkləri arasındadır. Scarpetta İtaliyada nahar süfrələrində tez-tez istifadə olunan və bir sözlə başqa dillərə tərcüməsi mümkün olmayan bir sözdür. Onun mənası “boşqabda yeməkdən qalan şirəni və ya sousu bir tikə çörəklə sıyırmaq” deməkdir.

8. Utepils – Norveç

Norveç təbii gözəllikləri və soyuq havası ilə məşhur bir ölkədir. Ölkədə qışlar uzun və soyuq, yaylar isə qısa və daha az soyuq olur. Odur ki, norveçlilərin “günəş dərinizi yandırarkən çöldə soyuq içki içə bilmək” mənasını verən xüsusi bir sözünün olması təəccüblü deyil.

9. Почемучка (Poçemuçka) – Rus

Çox sual verən adamı təsvir etmək üçün “çox sual verən adam” ifadəsini işlədirik. Ruslar isə sualları ilə ətrafdakı insanları bezdirən insanları poçemuçka adlandırmağa üstünlük verirlər.

10. Kummerspeck – Alman

Alman dilinin Avropa tarixi və incəsənəti üçün son dərəcə əhəmiyyətli olduğu şübhəsizdir. Bu qədim dildə çox maraqlı sözlər var. Onlardan biri kummerspeckdir. Bu söz Almaniyada tox olduqdan sonra sırf həzz almaq üçün yeməklə alınan çəki ifadəsi üçün istifadə olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram