Çin Almaniyanın ilk 5 ixrac siyahısından çıxacaq | Banco.az

Çin Almaniyanın ilk 5 ixrac siyahısından çıxacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Almaniyanın ilk 5 ixrac siyahısından çıxacaq.

Banco.az xəbər verir ki, Almaniyada hökumətə bağlı bir ticarət agentliyinin açıqladığı proqnozlara görə, Çin bu il ixrac həcminin 10 faiz azalaraq 81 milyard avroya (95,04 milyard dollar) düşməsi səbəbilə 2010-cu ildən bəri ilk dəfə Almaniyanın ən böyük beş ixrac istiqaməti siyahısından çıxacaq və yeddinci yerə geriləyəcək.

“Almaniya Ticarət və İnvestisiya Agentliyi”nin (GTAI) məlumatına əsasən, ötən il beşinci yerdə qərarlaşan Çin bu il həm Böyük Britaniya, həm də İtaliyadan geri qalacaq.

GTAI analitiki Kristina Otte bildirib: “Bir tərəfdən Çinin daxili bazarı zəifləyir. Digər tərəfdən isə getdikcə daha çox alman təchizatçısı ixrac etmək əvəzinə yerli istehsala üstünlük verir.”

GTAI-nin açıqlamasına görə, Çinin Almaniyanın ümumi ixracındakı payı 2021-ci ildəki təxminən 7,5 faizdən bu il 5,2 faizə enəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram