ABŞ-dən Azərbaycana pul köçürmələri 55%-dək artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

ABŞ-dən Azərbaycana pul köçürmələri 55%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ-dən fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 74 milyon 134 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 54,5% (26 milyon 153 min dollar) çoxdur. Ötən ilin yanvar-sentyabr aylarında bu məbləğ 47 milyon 981 min dollara bərabər olub. 

Qeyd edək ki, ilk 9 ayda ABŞ-dən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 2024-cü ilin yanvar-sentyabr aylarındakı 5,7%-dən 8,7%-ə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram