Azərbaycanda banklar hansı yeni il kampaniyalarını təklif edir? | Banco.az

Azərbaycanda banklar hansı yeni il kampaniyalarını təklif edir?

Tərlan Qəhrəmanova, Banco.az

AccessBank

İlin sonunadək qüvvədə olan kampaniya çərçivəsində müştərilər əmək haqlarının 10 mislinədək kredit əldə edə bilirlər.

Kreditin maksimal məbləği 30.000 AZN, kreditin müddəti 36 ayadəkdir. Kreditin sığorta haqqı və komissiya haqqı 0%-dir. Bundan başqa, müştərilər üçün hədiyyə olaraq, “myCard” kredit kartı da nəzərdə tutulub.

Azərbaycan Beynəlxalq Bankı

Bankın 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində elan etdiyi kampaniya çərçivəsində hər bir müştəri TamKart Visa Classic və TamKart Mastercard Standard kartlarını heç bir xidmət haqqı ödəmədən ala bilər. TamKart Gold, TamKart Platinum, TamKart Premium kartları isə müştərilərə 50% endirimlə təqdim edilir. Kampaniya 2021-ci il 29 yanvar tarixinə qədər keçərlidir. Bundan əlavə, yanvarın 29-a qədər Azərbaycan Beynəlxalq Bankından nağd pul krediti ilə yanaşı, TamKart da alan müştərilərə kreditin illik faiz dərəcəsində 2% endirim ediləcək. Belə ki, müştərilər krediti Bankdan 48 ayadək müddətə, 18%-dən başlayan faizlərlə əldə edə bilərlər. 15 000 manata qədər kredit üçün zamin tələb olunmur.

Bank Respublika

15 yanvaradək qüvvədə olan kampaniyada bank müştərilərinə 3 faydalı təklif təqdim edir.

Kampaniya müddətində nağd kredit rəsmiləşdirən müştərilərə 3 aylıq güzəşt müddəti veriləcək və bu müddət ərzində yalnız hesablanmış faizlər ödəniləcək. Başqa sözlə, gələn ilin ilk 3 ayında kredit borcunun əsas hissəsini ödəmək qayğısı müştəriləri narahat etməyəcək.

Bununla yanaşı, bank bütün nağd kreditlər üzrə komissiyada 20% endirim edir.

Yeni il kampaniyası çərçivəsində üçüncü təklif isə, 3 aylıq güzəşt dövrü ərzində ödənilən faizlərin ümumi məbləğinin 21% -i həcmində keşbək şəklində geri qaytarılmasıdır. Bank Respublika-da nağd kredit üçün müraciət etməyin üstünlüklərindən biri də illik 15%-dən başlayan sərfəli faiz dərəcəsidir.

Bank of Baku

15 yanvaradək bank öz müştərilərinə sərfəli şərtlərdən faydalanmaq imkanı verir. Bank müştərilərə əmək haqqının 20 mislinə qədər krediti zaminsiz və komissiyasız təklif edir. Kreditin maksimum məbləği 30.000 AZN-dir, illik faiz dərəcəsi isə 16%-dən başlayır

Ən sərfəli kredit üçün müraciət et

36 ay müddətinədək verilən və heç bir sığorta haqqının olmadığı sərfəli kredit məhsulundan, Azərbaycan ərazisində yaşayan və Azərbaycan vətəndaşı olan, rəsmi gəlirini təsdiq edə bilən hər kəs yararlana bilər.

Kampaniyadan faydalan şəxslər növbəsiz çevik rəsmiləşmə üstünlüyünə də sahib olacaqlar.

PAŞA Bank

Bank kiçik və orta biznes sahiblərinə  21-30 dekabr 2020-ci il tarixlərində davam edəcək “Möcüzələr mümkündür” adlı yeni il kampaniyası ilə bizneslərinin inkişafına dəstək olur. Belə ki, hüquqi şəxs və fərdi sahibkarlar 21-30 dekabr tarixlərində Onlayn biznes kreditini illik 16.5% faiz dərəcəsi ilə əldə edə bilərlər. Bu kreditdən yararlanan hüquqi şəxslər azaldılmış faiz dərəcəsindən əlavə bir illik PAŞA Bank Miles&Smiles Visa Biznes Platinum kartını, fərdi sahibkarlar isə Umico balansına 100 AZN bonus qazanacaqlar.

Bundan əlavə, kampaniya çərçivəsində hesabın açılması və ölkədaxili ilk ödəniş pulsuz, mühasibat və vergi hesabatı xidmət paketinə əvvəlcədən abunəliyə 10%, Link ilə ödəniş xidmətinə 20% endirim təklif olunur. Həmçinin, PAŞA Bank müştəriləri ekvayrinq xidməti üzrə “Dəstək” tarif paketində 10%, “Yüksəl”  və “Parla” tarif paketində isə 5%, endirimdən yararlanmaq şansı əldə edirlər.

Rabitəbank

Bank bu yeni ildə müştəriləri üçün nağd pul kreditinin illik minimal faizini 15.21%-ə endirdi.

13 yanvaradək davam edəcək bu kampaniya ilə 36 ayadək maksimum 20.000 AZN nağd pul krediti əldə etmək mümkün olacaq. Əldə edilmiş nağd pul kreditinə müddətindən asılı olmayaraq heç bir sığorta haqqı tələb olunmayacaq. Bundan başqa, kredit əldə edən hər kəsə Kartmane debet və ya kredit kartı hədiyyə olunacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et