İstənilən sahədə fəaliyyətə başlayan xanım, əlbəttə ki, karyera pilləsinin ən yüksək zirvəsinə qalxmaq istər. Biz isə bu dəfə bank sahəsində çalışan xanımların gələ biləcəyi ən yüksək vəzifələri araşdırdıq. Hal-hazırda Azərbaycanda fəaliyyətdə olan bankların heç birində xanım rəhbər yoxdur - yəni idarə heyətinin sədri xanım olan bank mövcud deyil. Xanımlarımız departament direktoru və ya rəhbəri vəzifəsinə qədər yüksəlir. Çox az bankda idarə heyətinin üzvü olaraq xanımlara da yer verilmişdir. Həmin banklar və xanımlar ilə cədvəldə tanış ola bilərsiniz. Bu araşdırmada müşahidə şurasında üzv olan və ya departament direktoru olan xanımları əhatə etməmişik. Məhz idarə heyətinə üzv olan xanımlar ilə kifayətlənməli olduq.
AG Bank Ad: Xələfova Səkinə Rəşid qızı Vəzifə: İdarə Heyətinin Üzvü. Maliyyə menecmenti departamentin direktoru |
Təhsil: 1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutu, “Plan-iqtisad” fakültəsi |
|
|
Amrahbank Ad: Məmmədbəyli Leyla Heybət qızı Vəzifə: İdarə Heyətinin üzvü. Maliyyə, beynəlxalq münasibətlər sahələrinə nəzarət edir |
Təhsil: 2004-2007-ci illə, Azərbaycan Dövlət İqtisad Universiteti, “Vergi və vergiqoyma” ixtisası üzrə bakalavr və magistr dərəcələri |
|
DəmirBank Ad: Samirə Şirəliyeva Vəzifə: İdarə Heyətinin üzvü, Baş Direktor
|
Təhsil: 2005-ci il, Azərbaycan Dövlət İqtisad Universiteti Maliyyə və kredit fakültəsi bakalavr, 2008-ci il ADİU Maliyyə fakultəsi magistr |
|
Paşa Bank Ad: Şirin Əliyeva Vəzifə: İdarə Heyətinin üzvü, Baş Hüquq İnzibatçısı
|
Təhsil: 2004-cü il Bakı Dövlət Universitetinin hüquq fakültəsi, London Biznes Məktəbi və Harvard Biznes Məktəbinin HPLP proqramı |
|
Paşa Bank Ad: Xəyalə Nağıyeva Vəzifə: İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı
|
2004-cü il ADİU-nun Beynəlxalq İqtisadi Əlaqələr və Biznesin İdarə Edilməsi fakültəsi, 2002-ci ildə təhsilinin bir qismini Açıq Cəmiyyət İnstitutu və Corc Soros Fondunun təqaüd proqramı çərçivəsində ABŞ-da alıb |
|
Turanbank Ad: Kəmalə Mustafayeva Vəzifə: İdarə Heyətinin üzvü |
İdarə Heyətinin üzvü və Əməliyyat Departamentinin Direktoru |
|
AF Bank Ad: Aynur Şirinova Vəzifə : İdarə Heyətinin üzvü
Ad: Lalə Quliyeva Vəzifə : İdarə Heyətinin üzvü
|
Təhsil: Bakı Dövlət Universiteti
|
|
NBC Bank Ad: Həmidova Ofeliya Oqtay qızı Vəzifə: İdarə Heyətinin üzvü, İnzibati İdarəetmə Departamenti |
Təhsil: 2001-2008-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünas üzrə təhsil alıb. |