Bankların maliyyə institutlarından götürdükləri kreditlər azalır | Banco.az

Bankların maliyyə institutlarından götürdükləri kreditlər azalır

Bank dedikdə ilk ağla gələn kredit olur. Bankların əsas funksiyalarından biri kredit vermək olsa da, banklar özləri də digər maliyyə institutlarından kredit alırlar. Bu kreditlər vasitəsilə onlar xərclərini ödəyə və ya yenidən kredit verə bilərlər. Müştərilərə banklar tərəfindən verilən kreditlər onlara gəlir gətirdiyindən onun balans hesabında aktivində əks olunur. Lakin banklar özləri kredit aldıqda isə onları qaytarmalı olduqlarından bu onların öhdəlikləri sayılır ki, bunu passiv hissədə qeyd edirlər. 

Bankların kreditləri 2017-ci ildə 2.2 milyarda qədər yüksəlmişdi. Buna baxmayaraq, 2017-ci ilin sonlarından başlayaraq bankların götürdükləri kreditlər azalmağa başladı. Hələ də artıb-azalma müşahidə olunsa da, bu dəyişiklik çox cuzi həddədir. Bu rəqəmin artması bankların borclarını artırdığından onları riskini daha da artırır. Bu ilə qədər bu rəqəm 29 dəfə azalıb. İyul ayında artıq bu rəqəm 77.5 milyon manat olub. İlin əvəəli ilə müqayisədə isə 10 milyon manatadək azalma qeydə alınıb. Bu da bankların əvvəlki illərə nisbətən öz vəsaitləri hesabına fəaliyyətinin göstəricisidir.

2019 Bankların kreditləri
(mln manat)
Yanvar 87.1
Fevral 83.9
Mart 79.6
Aprel 79.4
May 78.8
İyun 75.7
İyul 77.5

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et