ROE (Return on Equity) əmsalı bir müəssisənin ümumi kapitalından istifadə edərək nə qədər mənfəətli olduğunu göstərən göstəricidir. Bu göstərici hər bir şəxsə, şirkət menecmentinin mənfəət əldə etmək üçün kapitalından nə qədər effektiv istifadə etdiyi haqqında məlumat verir.
Belə ki, ROE əmsalı şirkətin xalis mənfəətinin onun ümumi aktivlərinə faiz nisbətidir.
Bu əmsalın önəmini daha qısa belə izah edək. Məsələn, A şirkətinin kapitalı 65 mln. manat, xalis mənfəəti isə 35 mln. manatdır. B şirkətinin aktivləri isə daha az, 42 mln. manat, xalis mənfəəti isə 27 mln. manatdır. Hansı şirkətin daha effektiv çalışdığını öyrənmək üçün ROE əmsalını müəyyən edək. Bu zaman, A şirkətinin ROE əmsalı 53%, B şirkətinin isə 64% olur. Bu isə onu göstərir ki, A şirkətinin kapitalı və xalis mənfəəti B şirkətindən çox olsa da, B şirkəti mənfəət əldə etmək üçün daha az kapitaldan daha səmərəli istifadə edir.
ROE əmsalı hər bir manat (istənilən valyuta) kapitala nə qədər xalis mənfəət düşdüyünü göstərir.
Gəlin banklar üzrə ROE əmsalını hesablayaq və banklarımızın aktivlərindən nə qədər səməmərəli istifadə etdiyini, hər bir manat aktivin yaratdığı xalis mənfəəti müəyyən edək.
2018-ci ilin ikinci rüb göstəriciləri əsasında banklarımızın ROE əmsalı üzrə REYTİNQİ:
Banklar |
ROE |
Nikoil Bank |
85,0% |
Azərbaycan Beynəlxalq Bank |
19,3% |
Unibank |
18,7% |
Kapital Bank |
15,3% |
Bank Silkway |
9,4% |
AFB bank |
7,4% |
Bank Avrasiya |
7,3% |
Bank of Baku |
4,8% |
Xalq Bank |
4,5% |
Paşa Bank |
4,3% |
NBC Bank |
3,2% |
Naxçıvan Bank |
3,1% |
ASB bank |
2,5% |
Bank Melli İran |
2,0% |
Bank BTB |
1,9% |
YapıKrediBank |
1,9% |
Ziraat Bank |
1,7% |
Bank Respublika |
1,3% |
Günay Bank |
1,0% |
Express Bank |
0,7% |
AzərTürkBank |
0,6% |
Rabitəbank |
0,4% |
TuranBank |
0,3% |
Pakistan milli bankı |
0,3% |
AtaBank |
0,1% |
Bank VTB |
-0,5% |
Muğan Bank |
-4,2% |
AG Bank |
-11,9% |
Accessbank |
-19,1% |
AmrahBank |
-23,5% |
Göründüyü kimi, mənfəəti ən çox olan Nikoil bank siyahıda birincidir. Bu bank ikinci rüb 53 mln 949 min manat balans kapitalına sahib olmuş, 45 mln manat mənfəət əldə etmişdir. Siyahıda ikinci yeri hər iki renkinqdə də birinci olan Beynəlxalq bank tutur. Üçüncü sırada isə xalis mənfəət renkinqində ikinci sırada olan Kapital bank yerləşir . Kapitalına görə ilk beşlikdə yer almayan Unibank və Bank Silkway bu renkinqdə ilk beşlikdə yer almışdır.
Bu əmsal ilə bankın hər 1 manat kapitalına düşən xalis mənfəəti müəyyən etdik, yəni 1 manat bank kapitalının neçə faizi mənfəətə çevrilib aydın oldu.
Təəsüf ki, bir sıra banklar zərərdə olduğundan onların hər 1 manat balans kapitalına düşən mənfəət deyil, itki həcmi göstərilir.
Həmçinin bax:
2018-ci ilin ikinci rübü üzrə xalis mənfəətə görə bankların renkinqi
2018-ci ilin ikinci rübü üzrə balans kapitalına görə bankların renkinqi