Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ və Rusiya birgə məlumat mərkəzləri layihələrini müzakirə edir.
Banco.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ ilə nüvə elektrik stansiyalarının imkanlarından istifadə etməklə birgə məlumat mərkəzlərinin yaradılmasına dair layihələr üzrə danışıqlar apardıqlarını açıqlayıb.
Dmitriyev Moskvada keçirilən “Rusiya Enerji Həftəsi” tədbiri çərçivəsində jurnalistlərin suallarını cavablandırıb.
Rusiya ilə ABŞ arasında enerji sektorunda mühüm əməkdaşlıq imkanlarının olduğunu bildirən Dmitriyev iki ölkənin Arktika bölgəsində, mayeləşdirilmiş təbii qaz (LNG) və digər enerji layihələrində birgə işləmək potensialına malik olduğunu qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
