12 iyun 2016-cı il tarixində Azərbaycan Bank Tədris Mərkəzi ilə ADA Universitetinin birgə təşkilatçılığı ilə Bankların İnsan Resursları departamentlərinin rəhbərlərinin iştirakı ilə “Coaching in HR ” təlimi keçirilib.
Təlimçi qismində Azərbaycan Bank Tədris Mərkəzinin eksperti Leyla Məhərrəmova çıxış edib.
Tədbirdə “Coaching” anlayışı izah edilib, onun, xüsusilə bank sektorundakı kadr siyasətinə gətirəcəyi müsbət cəhətlər haqqında məlumat verilib və əlaqədar mövzularda fikir mübadiləsi yeridilib.
Mənbə: http://bit.ly/29HXVW5