Bankın kapitalı bankın gəlirliliyini, dayanıqlığını göstərir və səhmdarların işə başlayarkən qoyduqları pul vəsaitini əks etdirir. ROE (return on equity) əmsalı, bankın kapitalının banka nə qədər gəlir gətirdiyini göstərən maliyyə indikatorudur və xalis mənfəətin kapitala bölünməsi yolu ilə hesablanır.
2018-ci ilin may ayında bankların ROE əmsalı -0,2% olub, keçən ilin may ayında isə bu göstərici bundan çox yəni, 6,5% idi. Yəni bu o mənaya gəlir ki, hazırda banklarımız öz kapitalından səmərəli istifadə edə bilmir. Yanvar ayından bu yana, banklar öz ROE əmsalını 107% azaldıb.
Yuxarıdakı laynqrafdan göründüyü kimi, bankların ROE əmsalının ən çox olduğu dövr fevral ayında (3,6%) olub ki, bu da bankların kapitalını 83 mln artırması ilə bağlı idi. Ən az olduğu dövr isə mart ayındadır (-1,6%), buna da səbəb bankların kapitalının 15 mln azalmasıdır.
Xəzər Aslanov. Banco.az