Bankların Black Friday endirimləri | Banco.az

Bankların Black Friday endirimləri

Hər il ənənə halını alan noyabrın son cümə günündə bir çox şirkətlər "Black Friday" endirimləri edir. Banklar da bu trendə qoşularaq müştərilərinə bir çox endirimlər təklif edir. Ümumilikdə, 10 bank bu günlə bağlı endirim təklif edir. Adından göründüyü kimi yalnız cümə gününü ifadə etsə də, əksər bankların kampaniyaları ayın sonunadək  qüvvədə olacaq. Bankların bu kampaniyaları ilə daha ətraflı aşağıdakı linklərdən tanış ola bilərsiniz: 

1. ABB

Bankın noyabrın 30-dək davam edəcək kampaniyası bütün kartları əhatə edir. Bu endirim yalnız kartın qiymətində deyil, eyni zamanda kəşbək funksiyasına da aiddir. Ətraflı məlumat üçün - https://bit.ly/3FRSwaR

2. Bank of Baku

Noyabrın 26-27 tarixlərində bankdan 30000 AZN nağd kredit alan hər kəs komissiya faizlərinə 80%, kredit faizlərinə isə 2% endirim əldə edəcək. Ətraflı məlumat üçün - https://bit.ly/3DWqXwj

3. Bank Respublika

Bankın dekabrın 1-dək davam edən kampaniyasından həm nağd kredit, həm də kartlar əldə etmək istəyənlər yararlana bilər. Nağd kredit əldə edənlər komissiya faizlərini ödəməyəcək. NeoKart Premium əldə etmək istəyənləri isə kartı 50% endirimlə ala biləcək. Ətraflı məlumat üçün - https://bit.ly/3xpj14i

4. Naxçıvanbank

Bank premium kartlarına ayın sonunadək 75% endirim elan edib. Bundan əlavə müştərilər nağdlaşdırma zamanı 50% daha az komissiya ödəyəcək. Ətraflı məlumat üçün - https://bit.ly/3nQEKPy

5. PAŞA Bank

Bank digərlərindən fərqli olaraq biznes kreditləri üzrə kampaniya elan edib. Belə ki, kiçik və orta biznes sahibləri kredit əldə edərkən komissiya xərclərinə 25% qənaət etmiş olacaq. Ətraflı məlumat üçün - https://bit.ly/3FJ2MSD

6. Rabitəbank 

Bank öz korporativ rənginə uyğun olaraq Green Friday adlandırdığı kampaniya 26-29 noyabr tarixlərini əhatə edir. Kampaniya çərəçivəsində müştərilər nağd kreditləri 13,5%-lə əldə edə biləcək. Bundan əlavə olaraq, kredit müddətindən asılı olmayaraq illik faiz dəyişilməz qalacaq. Ətraflı məlumat üçün - https://bit.ly/3nQU2DH

Ən sərfəli kredit üçün müraciət et

7. TuranBank

Banka məxsus istənilən kartla Trendyolda alış-veriş zamanı 5% kəşbək qazanacaqsınız. Kampaniya ayın 30-dək qüvvədədir. Ətraflı məlumat üçün - https://bit.ly/3CKOP4E

8. Unibank

Unibankda həmçinin alış-veriş edən müştəriləri üçün endirim təklif edir. Bankın kartı ilə dünyanın istənilən kafe-restoranlarında və yanacaqdoldurma məntəqələrində ödəniş edərkən 5% keşbek qazandırır. Pulunuzu xərcləməyib kartda saxladıqda isə yenə 5% gəlir əldə edəcəksiniz. Albalı kredit kartı ilə ödəniş etdikdə isə əlavə olaraq 3 ay faizsiz taksit imkanından yararlana biləcəksiniz. Ətraflı məlumat üçün - https://bit.ly/3nPFp3B

9. Yapı Kredi Bank Azərbaycan

Bankın Worldcard istifadəçiləri Almastore mağazasından iPad 10.2, Bang & Olufsen səs gücləndiriciləri, həmçinin aksesuarlarını endirimlə əldə edəcək. Ətraflı məlumat üçün - https://bit.ly/313BWpm

10. Yelo Bank

Bankın bu kampaniyası yalnız bir gün yəni, 26 noyabr tarixində keçərlidir. Bu tarixdə bankın nağd kreditlərini komissiya faizi ödəmədən 14%-lə əldə edə bilərsiniz. Bununla yanaşı, bank hər iki debet kartını 50% endirimlə təklif edir. Ətraflı məlumat üçün - https://bit.ly/3cKDGGD

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et